Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan XİN rəhbərləri iki gün idi ki, ABŞ-da sülh danışıqlarının son variantı barədə qərara gəlməkdə və razılaşmalarda idilər...

Ekspertlər də hesab edir ki, ABŞ-ın xüsusən də son vaxtlar bu iki ölkənin sülhə gəlməsindəki ciddi çabaları bir çox mətləblərdən xəbər verirdi. Birincisi, ABŞ Rusiyanın Ukrayna dərsindən "2" alması üçün bütün var gücü ilə çalışır və buna sanksiyalar və Ukraynaya hərbi yardımları ilə nail də olmaqdadır... İkinci əsas istiqamət isə Rusiyanın sülh danışıqlarından tamamilə kənarlaşdırmaqla Putini faktiki olaraq oyundan kənar vəziyyətə salmaqdır ki, indi buna da cəhdlər olur. Hansı ki, Ermənistanın Azərbaycanla sülhə gəlməsinin Baydenə elə də bir isti və ya soyuqluğu yoxdur və bu, Pentaqonun bölgə siyasətində bəlkə də ən son yeri tutur...

XXX

Beləliklə, dünən nazirlər arasında daha bir görüş ABŞ-da baş tutdu. "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul etmək şərəf idi”,  -sevinc hissi ilə özünün tvitter səhifəsində yazan ABŞ-ın dövlət katibi Entoni Blinkeni o mənada başa düşmək mümkündür. “Əldə olunan irəliləyişlərdən razıyam. Razılaşmanın əlçatanlığına nikbin baxıram”-deyən dövlət katibi niyə də sevinməsin! Rusiya ötən gün Kremlin pilotsuz raketlə atəşə tutulmasının dərdini çəkdiyi bir məqamda tarixən Rusiyanın gözünün qarşısında müharibə edın iki ölkənin sülhə gəlməsi isə ABŞ-da həll olunur. Necə deyərlər, Rusiyanın ürəyi partlamasın, neyləsin?!

BU DA TARİXİN DƏRSİ! KİM NECƏ DƏRS GÖTÜRƏCƏK, ZAMAN GÖSTƏRƏCƏK!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN