Xəbər verdiyimiz kimi, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başa çatıb...

Və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Tezadlar.az Azərbaycan XİN-nin saytına istinadla bildirir ki, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. XİN-nin yaydığı rəsmi məlumatda əlavə edilir ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

XXX 

Ermənistanın gah Rusiyanın, gah Fransa vı ABŞ-ın ətəyindən yapışaraq qonşusu Azərbaycana daim düşmən gözü ilə baxmasının sonu yaxınlaşmaqdadır, təəssüflər olsunş Azərbaycan ərazilərini 30 il işğalda saxlayan bu təcavüzkar ölkənin ağlını itirmiş siyasi və hərbi rəhbərliyi indi aciz durumdadırlar. Prezident İlham Əliyevin mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda söylədiyi kimi, zamanında Ermənistanı başa sala və yerində oturda bilməyənlər sonda gördülər ki, Azərbaycan təkbaşına olaraq BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi. Və ərazi bütövlüyünü özü bərpa etdi... Uzun illər bölgəyə yalnız yeyib-içməyə, səyahət etməyə gəlib-gedən ATƏT-in Minsk Qrupunun həmsıdrləri (ABŞ, Rusiya və Fransa) indi utanıb yerə girməsinlər, neyləsinlər?! 
Bax belə...
A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN