Məlum olduğu kimi, Paşinyan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirən mesajlar verib...

Bu isə ABŞ-da müsbıt qarşılanıb, Paşinyana rəğbəti artırıb... Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də bildirib ki, Avropa Parlamenti Bakıya güclü təzyiq göstərməyi planlaşdırmır. Borrel Avropa Parlamentində Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ və Laçın dəhlizindəki vəziyyəti müzakirə edərkən bildirib ki, Avropa İttifaqı Azərbaycanı qərar qəbul etməyə məcbur etmək üçün güc tədbirləri tətbiq etmək niyyətində deyil. Bu barədə Ermənistan mediası məlumat yayıb. Borrel, həmçinin Aİ-nin Ermənistanla Azərbaycan sərhədi boyunca yerləşən mülki missiyasının rolunu qeyd edərək, Azərbaycanın öz sərhədi boyunca oxşar missiyanın yerləşdirilməsinə icazə vermədiyini vurğulayıb. Aİ nümayəndələrinin missiyası Ermənistan ərazisində fəaliyyət göstərir, sərhəddə baş verən hadisələri müşahidə edir. Borrel qeyd edib ki, beynəlxalq ictimaiyyət və Aİ Azərbaycanı müşahidəçilərin Laçın dəhlizinə daxil olmasına və orada nəzarət-buraxılış məntəqəsində qalmasına icazə verməyə çağırıb. Azərbaycanın Laçın şəhərində Sərhəd keçid məntəqəsinin quraşdırılması Borrel tərəfindən Qarabağda ermənilər üçün yaratdığı çətinliklərə görə tənqid edilib. Lakin o, Aİ-nin Ermənistandakı missiyasının nəzarət-buraxılış məntəqəsinin bağlanmasına nail ola bilməyəcəyini və Diplomatik həllin yeganə əlverişli variant olduğunu vurğulayıb. 2023-cü ilin fevral ayından etibarən Ermənistanın sərhəd bölgələrində 100 nəfərlik iki illik AB Mülki missiyası, o cümlədən təxminən 50 silahsız müşahidəçi fəaliyyət göstərir. Bu missiya İrəvanda tənqidlə üzləşib, çünki erməni siyasətçilər avropalı müşahidəçilərin Bakıya Ermənistan silahlı qüvvələrinin dislokasiyası barədə məlumat verdiyini iddia ediblər.

Beləliklə, Ermənistanda da başa düşür və qəbul edirlər ki, Azərbaycanla mehriban qonşuluqdan başqa yol yoxdur... Ermənistanın düşdüyü mövcud bataqlıqdan xilası da bundadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN