Ermənistanın Qarabağı 30 ildir işğalda saxlamasına göz yuman, erməni vandalizminə susan Rusiya indi də Avropa İttifaqının Qarabağdakı fəaliyyətinə şübhə ilə yanaşaraq etiraz edir...

Bu da təbiidir. Rusiya bütün hallarda istəməz ki, "Bir qazanda iki qoçun başı..." bişirilsin. Tezadlar.az Rossiya24-ə istinadla bildirir ki, "Avropa İttifaqı (Aİ) ekspertlərinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyəti şübhəli və əsassızdır"- deyən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Aİ-nin müşahidə missiyası təhlükəsizliyi atəşkəsə əməl olunmasını təmin edə bilmir: “Üstəlik, onlar təhlükəsizliyi və Rusiyanın vasitəçiliyinin həlledici rolu ilə əldə olunan atəşkəs razılaşmalarına əməl olunmasını təmin edə bilmirlər. Aİ-nin Ermənistan ərazisində mövcudluğu Brüsselin ciddi təzyiqi ilə məcburi şəkildə həyata keçirilib. Məqsədinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olduğu elan edilən missiyanın fəaliyyətə başlaması birtərəfli qaydada, qeyri-konsensual əsasda, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan və müvafiq hesabat verilmədən həyata keçirilib”.

 Guya Rusiya iki ildir atəşkəsi təmin edirmiş...

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, bu, yalnız Aİ-nin regiondakı siyasətinin əsl fonunu təsdiqləyir, Cənubi Qafqazda yaşayan insanların köklü maraqlarına ziyan vurmaqla regionu geosiyasi qarşıdurma meydanına çevirməyə xidmət edir. Zaxarova hesab edir ki, Aİ-nin Ermənistandakı “müşahidəçiləri” üçün baza mərkəzlərinin sayının artırılmasının Bakı ilə İrəvan arasında münasibətlərdə sabitlik və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur. Zaxarovanın sözlərinə görə, Aİ missiyasının beynəlxalq ictimaiyyət və ilk növbədə Azərbaycan və Ermənistan qarşısında hesabat verməməsi Aİ-nin fəaliyyətində gizli gündəmin mövcudluğuna dair şübhələri gücləndirir.

Bəli, Rusiya bu şübhədən qurtulmaq üçün sülh missiyaslnı dəqiq və qəti şəkildə yerinə yetirməli, erməni separatçıların ayağını Qarabağdan birdəfəlik kəsməlidir. Hansı ki, bu Rusiya sülhməramlıların birbaşa vəzifəsidir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN