"Mən ilk növbədə gürcü xalqı qarşısında cavabdehəm. Prezident olaraq gürcü xalqının nə hiss etdiyini nəzərə almalıyam".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri prezident Salome Zurabişvili “Ukrainskaya Pravda” nəşrinin jurnalistinin sabiq prezident Mixeil Saakaşvilini əfv etməkdən niyə imtina etməsi ilə bağlı sualına cavab olaraq bildirib. “Gürcü xalqı çoxlu qurbanlar verən Saakaşvili rejiminin doqquz ilini geridə qoyub. Bu məsələ Gürcüstan əhalisini bölürdü və indi də bölür. Məsələ onda deyil ki, Gürcüstan əhalisi onun (Saakaşvilinin) günahsız olmadığına inanır. Ola bilsin ki, əhali Saakaşvili ilə lazımi şəkildə rəftar edilməməsi halı ilə razılaşmır. Onlar (Gürcüstan əhalisi) çox humanistdirlər, gürcülər çox dözümlü xalqdır. Əhalinin düşüncəsi ondan ibarətdir ki, Saakaşvili öz rejimi dövründə törətdiyi bəzi cinayətlərə görə cavab verməlidir. Ümumiyyətlə, belə bir hiss var, amma eyni zamanda belə bir fikir də var ki, ona ləyaqətlə yanaşılmalı, məsələnin həll yolu tapılmalıdır. Qeyd edə bilərəm ki, ekstradisiya ilə bağlı tələb olmayıb. Bütün bunlar hökumətin üzərinə düşür. Əfv mənim insanlar qarşısında məsuliyyət daşıdığım mənəvi bir məsələdir. Mən diplomatik ictimaiyyətlə, Avropada əlaqə qurduqlarımla və hakimiyyətlə işləməyə çalışıram ki, bu məsələyə daha çox uyğun bir həll yolu tapılsın. Təəssüf ki, hakimiyyət hələ bu barədə hər hansı bir cavab verməyib. Ola bilsin ki, hakimiyyət ekstradisiya sorğusuna başqa cür cavab versin, ancaq hər hansı bir cavab verilməlidir. Onlar bu qərara görə məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Saakaşvilini əfv etmək üçün şəxsən prezidentə müraciət edib-etməməsi ilə bağlı suala isə cavab olaraq Salome Zurabişvili deyib ki, bu xaişi ondan çoxları edib, ancaq prezident "bunun çıxış yolu olmadığını" onların diqqətinə çatdırıb.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları hələ də Saakaşvilinin azad olunması üçün səylər göstərir. Lakin Gürcüstanın siyasi rəhbərliyi bu səylərə yox deməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN