Maraqlıdır ki,  "Vivamed" klinikasında müalicə olunan sabiq Prezident Mixeil Saakaşvili bu gündən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” hesabında qeyd edib. O bildirib ki, keçirilən bütün məhkəmə iclaslarında da şəxsən iştirak edəcək: “Səhhətimə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq Gürcüstan siyasətində də çox fəal iştirak etmək niyyətindəyəm. Biz Ukraynanın qələbəsini əllərimizi bağlayaraq gözləməməliyik, onu fəal şəkildə, o cümlədən yenilikçi və cəsarətli hərəkətlərimizlə yaxınlaşdırmalıyıq. Bu gündən fiziki olaraq bacardığım bütün “məhkəmələrdə” iştirak etmək niyyətindəyəm. Həmişə olduğu kimi, mən bütün milli, anti-Rusiya Avropa qüvvələrini, o cümlədən, ilk növbədə, qurduğum “Vahid Milli Hərəkat” partiyasını birləşməyə çağırıram”, - deyə Saakaşvili qeyd edib. Qeyd edək ki, “Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze, Saakaşvilinin səhhətinin yaxşılaşdığını və son günlər xeyli aktiv, əhval-ruhiyyədə olduğunu bildirib.
Saakaşvili bir müddət əvvəl Gürcüstan siyasəti ilə maraqlanmadığını bildirmişdi. Ədliyyə naziri Rati Breqadze isə onun səhhəti yaxşılaşdıqdan sonra yenidən həbsxanaya qaytarılacağını bildirmişdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN