Gürcüstanın siyasi elitasında yeni bir qalmaqal başlayıb...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildiri ki, "Zurabişvili fərdiliyi ilə seçilir və heç vaxt İvanişvilinin xoşlamadığı, ona faydası olmayan iş görmür", -deyən eks prezident Mixeil Saakaşvili "Ukrainskaya Pravda" nəşrinə yazılı müsahibəsində deyib. O, Zurabişvilinin açıqlamalarına münasibətində bildirib ki, Prezident İvanişvilinin Qərblə Ukraynanı çaşdırmaq üçün istifadə etdiyi adi oyuncaqdır: "İndi o, sadəcə olaraq Zelenskiyə dəvət almaq üçün yalvarır. Zurabişvili İvanişvilinin Qərblə Ukraynanı çaşdırmaq üçün istifadə etdiyi adi oyuncağıdır. 2008-ci ildə Sxinvaliyə hücuma görə məni mühakimə olunmağımı tələb etdiyini xatırlatmaq kifayətdir. O, Rusiyanın silahlı təxribatlarını alqışlayıb. İndi o, Macarıstan prezidentinin roluna oxşar rol oynayır. Başa düşürəm ki, indi Ukrayna üçün istənilən dəstəkləyici sözlər vacibdir, lakin ukraynalıları aldatmaq olmaz. Bu qadının boş sözlərinin arxasında İvanişvilinin sanksiyalardan yayınma məsələlərində Rusiya ilə fəal əməkdaşlığı dayanır. Gürcüstana Kadırov tərəfdarlarının və işğalçı ölkənin xüsusi xidmət orqanlarının zabitlərinin gəlişi artıb. Zurabişvili işğala və Avropaya tost deyir, lakin Putinin şəxsi məhbusu kimi mənə münasibətdə, eləcə də digər həyati vacib məsələlərdə o, Rusiyanın partiya xəttindən zərrə qədər də kənara çıxmır".

Tezadlar.az bir daha xatırladır ki, M.Saakaşvilinin ətrafında baş verən qalmaqal getdikcə böyüyür və o, artıq siyasətə qayıtdığını da bəyan edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN