İsveç parlamentinin Müdafiə Komitəsi Rusiyanın bu ölkəyə hərbi hücum edə biləcəyini etiraf edib...

Tezadlar.az "European Pravda"ya istinadla bildirir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb. Komitənin hesabatında deyilir ki, Rusiya quru qüvvələri Ukraynada olsa da, İsveçə hücumları istisna etmək olmaz. Sitat: "Rusiya həmçinin hərbi gücdən istifadə həddini daha da aşağı salıb və siyasi və hərbi risklərə yüksək meyl nümayiş etdirir. Kəşfiyyat məlumatları da təsdiqləyir ki, Rusiyanın İsveçə qarşı hərbi hava qüvvələri, dəniz donanması, uzaqmənzilli silahlar və ya nüvə silahlarından istifadə etməklə əməliyyatlar aparmaq niyyəti dəyişməz olaraq qalır".

İsveç öz müdafiəsini gücləndirməyə çalışır və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra NATO-ya üzv olmaq üçün müraciət edib.
Hələlik yalnız Türkiyə və Macarıstan İsveçin alyansa qoşulması ilə bağlı müraciəti ratifikasiya etməyib.

Müharibə isə davam edir və Rusiyanın bu müharibədən kənara çəkilmək fikri yoxdur. Çünki faktiki olaraq Ukraynadakı hərbi əməliyyatlarda hərbi gücü ətrafında indiyədək olan mifi və nüfuzu itirən Rusiyanın başqa yolu da qalmayıb: Sonadək döyüşmək! Bu isə mənasız siyasət olmaqla bərabər, Rusiyanı dünyadan təcrid etməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN