Gözləndiyi kimi, dünən “Mtavari Arxi” telekanalının həmtəsisçisi və baş direktoru Nika Qvaramia azadlığa çıxdı...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Nika Qvaramianı həbsdə olduğu 12 saylı Rustavi cəzaçəkmə müəssisənin qarşısında ailə üzvləri, “Mtavari Arxi” telekanalının əməkdaşları və dostları qarşılayıb. O, deyib ki, Prezident Salome Zurabişvili əfv qərarının Nika Qvaramia üçün deyil, prezidenti olduğu ölkə üçün qəbul edib. Qvaramia Salome Zurabişvilini səhfində inad etməməyə və sabiq Prezident Mixeil Saakaşvilini də azadlığa buraxmağa çağırıb.

 Nika Qvaramiya “Rustavi 2”yə ​​məxsus külli miqdarda mülkiyyət hüququnu bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə mənimsəməkdə, kommersiya məqsədli rüşvət verməkdə və saxta rəsmi sənədlər hazırlamaqda, qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunurdu. O, 3 il, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bəs görəsən, onun Saakaşvili ilə bağlı müraciəti ünvanına çatacaqmı və real işə çevriləcəkmi? Siyasilər güman edir ki, Saakaşvilinin azad olunmasına yetərincə zəmin var. Bir şərtlə ki, o, azad ediləndən sonra ölkəni tərk etsin.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN