Rusiyada vəziyyət "rusca"dır...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib. Ölkənin yXüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib. Eləcə də Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb. Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib. Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb. 

Ukrayna mediası isə Putinin Kremli tərk edib başqa məkanda gizləndiyini yazır... Bir sözlə, indi müharibə Ukraynada deyil, Moskva ətraflnda gedir...

Vəziyyətdən çıxış yolu isə hələki görünmür. Priqojinlə danışıqlar isə əhəmiyyətsiz kimidir.

Dünya ölkələri bu vəziyyəti diqqətlə izləyir. Ukraynanın əks-hücuma keçəcəyi ilə bağlı açıqlamalar gəlir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN