Ötən gündən Rusiya paytaxtı çalxalanır.

... "Vaqner"in Moskvaya yaxınlaşması ilə bütün istiqamətlər üzrə aviabiletlər satılıb.

 "The Guardian"in məlumatına görə, hətta Moskvadan Tbilisi, Astana və İstanbula birbaşa uçuşlar yoxdur

Əlbəttə, bu vəziyyət Yevgeni Priqojin və onun “Vaqner”ÖHŞ-nin üsyanı ilə əlaqədar bütün ölkəyə yayılan panikadan qaynaqlanır.

 Bir-iki eniş ilə az sayda  bilet qalıb. İrəvana birbaşa uçuşun 198.000 rubla başa gəldiyi bildirilir, əvvəl isə təxminən 10 min rubl idi...

Qeyd edək ki, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı ölkədə səfərbərlik etdiyi vaxtı xatırladır: qonşu ölkələrə aviabiletlər yoxa çıxmış, biletlərin qiymətləri dəhşətli dərəcədə bahalaşmış, Rusiyadan maşın karvanları Gürcüstanla sərhəddə qalmışdı...

Xatırladaq ki, iyunun 24-nə keçən gecə “Vaqner”in rəhbəri Yevgeni Priqojin RF Silahlı Qüvvələrinə müharibə elan etdi. Bundan əvvəl "Vaqner"in mövqelərinin nizami ordu tərəfindən atəşə tutulduğu iddia edildi.

İlk toqquşmaların Rostov və Voronej vilayətlərində olub və Priqojinin əsgərləri ilə Rusiya Silahlı Qüvvələrinin əsgərləri arasında baş verən toqquşmalarda helikopterlər vurulub, eləcə də atışma olub.

 Qeyd edək ki, Vladimir Putin xalqa müraciətində bunu, ölkənin və xalqın kürəyindən vurulan bıçaq və xəyanət adlandırıb. Və  baş verənləri 1917-ci il ilə -  Birinci Dünya Müharibəsi illərində baş verənlərlə müqayisə edib...

Görünən odur ki, Rusiyanına vəziyyətdən çıxması o qədər də asan olmayacaq.

Və başı özünə qarışmış Kremlin Ukrayna ilə apardığı müharibəyə də təsirsiz ötüşməyəcək...

 

Y.MƏMMƏDLİ 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN