Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə strateji əməkdaşlıq davam edir...

Bu dəfə isə  Milli Məclis Azərbaycanla Türkiyə arasındakı sazişi ratifikasiya edəcək. Tezadlar.az parlamentin gündəlik məlumatlarına istinadla bildirir ki, bununla əlaqədar qanunverici orqanın bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib. Toplantının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi əlavə olunub. Bununla da parlamentin növbəti iclasının gündəliyindəki məsələlərin sayı 15-ə çatıb.

Türkiyə ilə qarşılıqlı əməkdaşlıq getdikcə bütün sahələrdə daha da inkişaf edir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN