Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 13-də Brüsseldə keçirilən mətbuat konfransında Cozep Borel tərəfindən Azərbaycan əleyhinə səsləndirilmiş bütün ittihamların “bölgədəki reallıqları qəsdən təhrif etdiyini” və “tamamilə qeyri-adekvat və qəbuledilməz” olduğunu bildirib.

Sənəddə həmçinin bildirilir ki, “Azərbaycana qarşı təhdidlər bu strukturun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir”.

“Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir”, - Azərbaycan Xarici İşlər Nazirliyi əlavə edib.

Həmçinin vurğulanıb ki, “İstər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir.

Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür”.

Azərbaycan XİN bir daha xatırladıb ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və hər hansı qeyri-dost hərəkətlər müsbət nəticə verməyəcək, əksinə, adekvat cavab alacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA