...Siyasət qəliz və qumar kimi bir məsələdir, onu oynayanlar gərək çox diqqətli olsunlar...

Və uduzanda da günahı qumarda yox, özlərində axtarsınlar...

***

Gələk mətləbə: Bakıdan birbaşa İrəvana gedən İraq prezidenti Əbdüllətif Camal Rəşid orada “erməni soyqırımı” muzeyini ziyarət edib və fəxri qonaqlar kitabına belə bir qeyd yazıb: “Erməni soyqırımı zəmanəmizin ilk soyqırımıdır və 1944-cü il “soyqırımı” ifadəsinin əsasını məhz o təşkil edir”.

İraq prezidenti yəqinki bu saxta soyqırımın mahiyyət və mənasını bilir... Bilirsə, gərək ermənilərin düzüb-qoşduğu bu qumara girməyəydi. Axı Türkiyə ilə qardaşlıq və dostluqdan danışan bir ölkənin rəhbəri ən azı bəzi incə siyasəti də nəzərə almalıdır... Türkiyə Prezidenti ərəb dünyası, o cümlədən Fələstin üçün hər cür risqə gedir... Ərəb ailəsinə daxil olan İraq prezidenti isə ermənilərin Türkiyəyə qarşı saxta iddiasına haqq qazandırır...

Min dəfə təəssüflər!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN