İsrail-Fələstin müharibəsi özü ilə qaçqınlar ordusu yaratmaqdadır... İordaniya kralı Abdulla isə qəti şəkildə bildirib ki, heç bir Fələstin qaçqınını öz ölkəsinə buraxmayacaq. Şərqşünas alim, professor Aida Qasımova bu barədə maraqlı tarixi faktı səbəb kimi göstərib. Sitat: "...Baxmayaraq ki, adamın xanımı Raniə fələstinlidir. Bu nədir? Bu nə müsəlmançılıqdır? Deməli, bu yazıq İordaniya ki, zor-bəla ilə özünü xaosdan, müharibələrdən qoruyur, 1967-ci il 6 günlük müharibədən sonra təxminən 200 min fələstinli qaçqına sığınacaq veribmiş. 1970-ci ildə həmin qaçqınlar başda Yasir Ərəfatın Fələstin Azadlıq Təşkilatı olmaqla təxminən 30 minlik silahlı dəstə ilə üsyan edib İordaniya kralı Hüseyni (Abdullanın atasını) yıxmaq istəmişdilər. İordaniyada aylarla davam edən və tarixə "Qara sentyabr" kimi düşən müharibədə İordaniya ordusu qalib gəlir və Hüseyn bütün fələstinliləri ölkəsindən qovur. Fələstin qaçqınları Livana yerləşirlər...".
Bu da tarix! Qapı açana, çörək verənə dönüklüyün əvəzi belə də olmalı idi... Ermənilərə 1828-ci ildən başlayaraq qucaq açan Azərbaycan 30 il idi ki, bu yaramazların işğalına və düşmənçiliyinə tuş gəldi... Sonrası isə bəlli, 44 günə separatçı niyyətlilərin demək olar hamısı Qarabağdan it kimi qovuldu... Tarixin ibrət dərsi!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN