“Unutmayaq ki, qarşımızdakı ruhi xəstədir…”

Hazırda həbsdə yatan Rusiya müxalifətinin lideri Aleksey Navalnı «New York Times» qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin ruhi xəstə olduğunu bildirərək, bu məqamı unutmamağa çağırıb. O, Rusiya siyasətindən tutmuş, Rusiyanın dünya siyasətindəki rolu və siyasi hakimiyyətlərin, xüsusən da Putinin komandasının hansı siyasi gücə malik olduğunu geniş şərh edib.

 Xatırladırıq ki, Aleksey Navalnı bir il əvvəl Rusiya xüsusi xidmət orqanlarınn həyata keçirdiyi sui-qəsd nəticəsində o, zəhərləndirilmişdi və həyatıüna sui qəsd olunmuşdu. Sonra uydurma ittihamlarla həbs olunaraq zidana atılmışdır. Putin diktaturasına qarşı mübarizəsini həbsxana barmaqlıqları ardından da davam etdirən Navalnın korrupsiyaya qarşı mübarizənin effektliyini artırmaq üçün etdiyi təkliflər nəzərə alınarsa, avtoritar rejimlər bir-birinin ardınca çökər.

Bütün hallarda, Rusiyanın hazırkı siyasi hakimiyyəti nədənsə Navalnının azad olunmasından ehtiyatlanır. Hansı ki, dünyanın bütün insan haqları təşkilatları, eləcə də ABŞ və Avropa ölkələri onun dərhal azad edilməsini tələb edirlər. Bu tələbi yerinə yetirməyən Rusiya isə sanksiyalara məruz qalıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN