BMT Baş katibi Antonio Quttereş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü

- Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyanın nümayəndələri ilə görüşəcək. Quttereşin veto hüququna malik ölkələrin nümayəndələri ilə 30 avqustda görüşəcəyi bildirilir.

Bu barədə "TRT" diplomatik mənbələrə əsasən məlumat yayıb. Məlumatda  Quterresin bu çağırışının, təxliyyə işlərinin davam etdiyi Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanına yaxın ərazidə törədilən partlayışlardan sonraya təsadüf etdiyinə diqqət çəkilir. Bu səbəbdən görüşdə Əfqanıstandakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olununr.

Qeyd edək ki, cümə axşamı Kabul hava limanında baş verən partlayışlardan biri - İngiltərə və ABŞ vətəndaşları da daxil olmaqla əcnəbilərin toplaşdığı “Baron” Otelinin yaxınlığında baş verib. Hava limanına hücumun məsuliyyətini “İŞİD” terror təşkilatı öz üzərinə götürüb. Daha sonra Kabildə daha bir neçə partlayış səsləri eşidilib. ABŞ hərbçiləri sonradan izah edib ki, bu partlayışlar uzaqdan idarə olunub. KİV-in məlumatına görə, baş verən partlayışlarda həlak olanların sayı 170-ə yüksəlib.

ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban Kabil hava limanında törədilən terror aktında ölən ABŞ əsgərlərinin sayının 13 -ə yüksəldiyini açıqlayıb

“Taliban” sözçüsü Zabiullah Mücahid isə ria novosti -yə  Kabildəki hava limanında baş verən partlayışlarla əlaqədar bir neçə nəfərin saxlanıldığını etiraf etsə də, hələlik dəqiq detalların açıqlanmadığını söyləyib...

Qeyd edək ki, avqustun 27-dən “Taliban” Kabildəki hava limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb. Amerikalılar hava limanının tərk etdikdən sonra burada ən vacib üç yer taliblərin – İslam Əmirliyinin nəzarətinə keçib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN