Siyasi partiyaların fəaliyyəti daha çox nədənsə seçkilər vaxtı diqqəti çəkir...

Deyəsən, bu il də elə olacaq. Müsavat Partiyası ötən gün seçkidə iştirakını müzakirə edib. Müsavat başqanı İsa Qəmbər "Turan"a bildirib ki, seçkidə iştirak məsələsinin daha geniş tərkibdə müzakirəsi üçün partiya Məclisinin növbədənkənar sessiyasının keçirilməsi qərarı verilib: "İştirak etmək və iştirak etməmək qərarının xeyli üstün və mənfi cəhətləri, məntiqli səbəbləri var. Biz cəmiyyətin, Azərbaycanda demokratiyanın maraqlarını nəzərə alaraq qərar qəbul edəcəyik".

REAL Partiyası isə seçkilərdə iştirak etmək qərarına gəlib. Partiyadan verilən məlumata görə, artıq 13 namizədinin sənədlərinin dairə seçki komissiyalarına təqdimatı tamamlanmaq üzrədir. Qurumun Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, REAL yarandığı gündən seçkilərdə iştirakın vacibliyini qeyd edib: "Seçki partiyaları ayaqda saxlayan, seçki yolu ilə hansısa bir aktivliyə nail olmaq üçün bir prosesdir". N.Cəfərlinin fikrincə, boykotun indiyədək xeyri olmayıb: "Bugünə qədər 14 boykot kampaniyası olub və heç bir uğura gətirməyib. Bu, uğurlu yol deyilsə, nədən biz də bunu təkrarlamalıyıq? Qərarımız həm də onunla bağlıdır ki, siyasi partiyalar həm də seçkidə iştirakçılıq üçündür. Seçki prosesi həm partiya sıralarının genişlənməsi, həm də təbliğat-təşviqat üçün müəyyən fürsətlər yaradır".

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə fərqli mövqedədir. AXCP son illər ölkədə keçirilən həm prezident, həm parlament seçkilərini boykot edir. Partiya sədrinin müşaviri Məmməd İbrahim bildirib ki, AXCP erkən parlament seçkilərində iştirakı ilə bağlı hələlik qərar verməyib, amma demokratik şəraitdən narazılığını ifadə edib.

 

Xatırladırıq ki, Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir. Üstəlik, bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilir. Konstitusiya qanunluna gğrə 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilir.  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma ölkə siyasiləri bu tənqidləri qətiyyətlə qəbul etmirlər.

Beləliklə, Azərbaycan bu il son onilliklərdə ilk dəfə öz ərazi bütövlüyünün bərpası çərçivəsində parlament seçkilərinə gedir. Uğurlar arzulayırıq. 30 ildən çox müddətdə Ermənistanın işğalına məruz qalmış Azərbaycanın buna böyük haqqı var!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN