"Ermənistan sülh təklifinə müsbət cavab verməyib"

Türkiyə KİV-nin məlumatına görə, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra Dolmabahçe İş Ofisində keçirilən mətbuat konfransında açıqlayıb.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki,  ki, Ermənistanın xarici işlər naziri ilə görüş planda yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verdi və dövlət başçımız da buna müsbət yanaşdı. Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik.

Çavuşoğlu bildirib ki, bu gün Qarabağın azad olunmasına gedən Vətən müharibəsinin başlamasının ildönümü, can Azərbaycanın şəhidlərini anma günüdür: "Toplantımızın açılışında şəhidlərimizi birlikdə yad etdik. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox barış və inkişafla xatırlanmasını istəyirik. Bölgə artıq normallaşma mərhələsinə daxil olmalıdır.

Regional işbirliyi və rifaha istiqamətlənən yeni fürsətlər yaranıb. Bu istiqamətdə can Azərbaycanın da vacib təklifləri oldu. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndirilməsinə ümid edirik. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bölgədə rifah və sabitliyin olması ilə bağlı istəklərini dəfələrlə vuğrulayıblar".

Bütün beynəlxalq ictimaiyyət kimi, Türk Şurası üzvlərinin də Əfqanıstanla bağlı  eyni gözlənti və narahatlıqları olduğunu ifadə edən Çavuşoğlu humanitar böhran və iqtisadi çöküşün qarşısının alınması, azlıqların və qadınların hüquqlarının da daxil olduğu insan haqlarının qorunması, nizamsız köçün qarşısının alınması məsələlərinə də diqqət çəkib.

Noyabrın 12 -də İstanbulda keçiriləcək Türk Şurası Dövlət Başçılarının 8 -ci Zirvə Görüşünə hazırlıq işlərinin də müzakirə edildiyini qeyd edən Çavuşoğlu bu zirvədə,  Şura üçün tarixi addımların atılacağını bildirib.

TƏQDİM ETDİ : Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN