“Sputnik Armenia” saytı 27 sentyabrda  Ermənistan parlamentinin “Ayastan” (Ermənistan) blokundan olan deputatı Andranik Tevanyanın  fikirlərini yayıb. Ermənistan dövlətinin ideoloji əsaslarına toxunan deputat hesab edir ki, bu ideologiyanın əsası Qarabağ hərəkatı ilə bağlı idi. Ermənistanın müharibədəki məğlubiyyəti dövlətin mövcudluğunu şübhə altınan salan bir faktordur.  

Tevanyanın fikrincə, bu gün Ermənistanın bir dövlət kimi mövcud olması əsasən Rusiyanın hərbi-siyasi faktoru sayəsində mümkün olub. Siyasətçi əmindir ki, müharibədə məğlubiyyət onun başlanmasından xeyli əvvəl, daha dəqiqi, 8 may 2018-ci ildə,Nikol Paşinyan Ermənistanın Baş naziri seçiləndə başlayıb. Paşinyan öz diletantlığı, düşünülməmiş hərəkətləri ilə Ermənistanı müharibəyə sövq edib, danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxarıb. O 9 mayda Stepanakertdə (Xankəndinə) bildirib ki, danıçıqlarda Dağlıq Qarabağın iştirakını təsəvvür etmir və buna görə də danışıqlarda Dağlıq Qarabağ adından danışıqlar apara bilmir.

"Bu, danışıqların dalana dirənməsi, onların iflasa uğraması demək idi. Ermənistan faktiki olaraq danışıqlardan çıxdığını bəyan edib", - deyə Andranik bildirir.

Tevanyan  daha sonra  müharibədə məğlubiyyəti hazırkı Ermənistan hakimiyyətinin savadsızlığının və uzaqgörən olmamasının nəticəsi hesab edir və bildirir ki, Yerevan bir-birini istisna edən bəyanat və addımlar atmasaydı, bu vəziyyətdən qaçmaq mümkün idi.

"Hakimiyyət bir tərəfdən bəyan edirdi ki, istənilən qərar Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının maraqlarını  təmin etməlidir, digər tərəfdən isə "Arsax Ermənistandır, nöqtə" deyirdilər. Üçüncüsü, Ermənistan hakimiyyəti Dağlıq Qarabağı danışıqlarda təmsil etmir. Bu bəyanatların altında konkret hərəkətlər olub, bu, sadəcə sözlər deyildi", — deyə deputat hesab edir.

Tevanyan, eyni zamanda, belə bir tezislə razıdır ki, birinci müharibədə qələbənin bəhrələri sonradan itib, dağıdılıb. Onun sözlərinə görə, sonra Ermənistanın qələbəsi müəyyən mənada "sahibsiz" qaldı: Qarabağ hərəkatı nəticəsində hakimiyyətə gələn insanlar faktiki olaraq Dağlıq Qarabağın Ermənistana qonşu Türkiyə və Azərbaycanla münasibətlərə mane olduğunu iddia etməyə başladılar. Tevanyan bununla Qarabağla bağlı ərazi güzəştlərini qəti nizamlanma müqabilində qaçılmaz hesab edən ilk prezident Levon Ter-Petrosyanın siyasətinə işarə edir.

"Ayastan" blokunun nümayəndəsi bugünkü vəziyyətə qayıdaraq qeyd edir ki, müharibə bu gün də bitməyib, Ermənistan qoşunları bir neçə aydır Ermənistan ərazisində olan Azərbaycan tərəfindən təcavüzə məruz qalır. Müharibə  informasiya meydanında, diplomatik cəbhədə gedir.

Belə bir şəraitdə iqtisadiyyatı və ordunu tez bərpa etmək, insanları Ermənistanda və Dağlıq Qarabağda yaşamağa sövq etmək lazımdır. Tevanyan deyir ki, hazırda Qarabağın təhlükəsizliyi Rusiya sülhməramlılarının mövcudluğundan asılıdır, Qarabağ bir növ "Qafqaz Krımı" oldu. Onun qənaətinə görə, Rusiya da Qarabağda erməni elementinin qorunub saxlanmasında və dominantlığında maraqlıdır.

Andranikin bu bəyanatına gəldikdə, tam əminliklə deyə bilərik ki, istər Paşinyan,istərsə də Andranik və digər ermənilər erməni olaraq qalırlar və həmin həyasızlıq, həmin çirkin xislət, həmin xülyalar onların necə deyərlər, qanlarındadır. Tevodyanın bir sözündə həqiqət var. Əgər belə getsə, Ermənistan dövləti adında dövlət olmayacaq. Ermənilərin müxtəlif absurd bəyanatları bu prosesi daha da sürətləndirəcək və reallığa çevirəcək faktor olacaq.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN