News.am saytı xəbər verir, daha doğrusu, bir video süjet yerləşdirib və adını da belə qoyub:  “Dağlıq Qarabağdakı ermənilərə çatdırlması üçün Rusiya kosmik-hava qüvvələrinin təyyarəsi 10 ton humanitar yardımı Yerevana çatdırıb”.

Rusiyadan Qarabağ ermənilərinə çatdırılan “humanitar” yardımın sayı-hesabı yoxdur. Bir ovuc erməniyə bu qədər qayğının arxasında nə dayandığı hamımıza məlumdur: Azərbaycanda ikinci bir erməni dövləti yaratmaq, “sülhməramlı” maskası altında erməni terroruna dəstək vermək, Azərbaycan torpaqlarında hərbi baza yaratmaq və s. Bu barədə çox müzakirələr gedib və təkrarlamağa ehtiyac yoxdur.

Rusların bu planını başa düşmək üçün geniş siyasi və ya hərbi biliyə malik olmaq lazım deyil. Sadəcə, bir analizl etməklə, rusların da, ermənilərin də yalan danışdıqlarını müəyyən etmək olar.Götürək elə bu son “humanitar” yardım xəbərini.

Yükdaşıma qabiliyyəti 28-60 ton , qiyməti 27 milyon dollar, saatda 9 ton yanacaq işlədən, uzunluğu 47 metr olan İl-76 təyyarəsi Moskvadan Yerevana cəmi-cümlətanı 10 ton yük gətirib? Bu uçuşda 60 tona yaxın yanacaq yandıran təyyarənin 10 ton yük gətirməsi və bunu da “humanitar” yardım kimi təqdim etməsi absurddur, həqiqətə uyğun deyil. Yükü gətirən rus mayoru deyir ki, bu 10 ton qələm-dəftərdən, su kranından, nə bilim, unitazdan ibarətdir və bütün bunları da Moskvada yaşayan ermənilər toplayıblar. Süjetə diqqətlə baxın: təyyarənin içini tam göstərmirlər və “humanitar” qutuların arxasında hansı yüklərin olması bilinmir. Süjetdə, eyni zamanda 4 ədəd “Kamaz” markalı yük maşınının bu “10 ton humanitar” yardımı ( hər “Kamaza”  2,5 ton düşür)  heç bir maneyəyə rast gəlmədən, Laçın dəhlizi ilə Xankəndinə çatdırılması göstərilir. Bu, necə deyərlər, gözə kül üfürməkdir. Əsas yük sonra gələcək və heç bir süjet də olmayacaq.

Dəhlizə nəzarət edən  ruslar, onların məramı aydın. Bir vaxt ayılacağıq ki, Xankəndində və ətraf ərazilərdə erməni terrorçuları ən müasir silahlarla təchiz edilib. Əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına icazə vermirlərsə, biz niyə onların Xankəndinə sərbəst gəlib-getmələrinə göz yummalıyıq? Birmənalı olaraq Laçın dəhlizi bağlanmalıdır!

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN