Türkiyədə 10 ölkənin səfiri  iş adamı Osman Kavalanın məhkəmə işi ilə bağlı yaydıqları  açıqlamalara  görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.

TRT-nin diplomatik mənbələrə əsaslandırdığı xəbərə görə, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankara səfirləri Osman Kavalaya qarşı davam edən məhkəmə işi ilə əlaqədar açıqlamalarına görə Nazirliyə çağırılıblar. Bildirilib ki, sözügedən ölkələrin  Ankaradakı səfirləri  sosial media hesablarında, Kavalaya qarşı davam edən iddianın Türkiyədə demokratiya və qanunun aliliyinə kölgə saldığını iddia edərək, bu şəxsin azad edilməsini istəyiblər.

***

Qeyd edək ki, səfirlərin bu açıqlamalarına TBMM sədri Mustafa Şəntop Twitter hesabında etdiyi paylaşımda etirazını bildirib.

"Türkiyədə davam edən məhkəmə ilə bağlı TBMM-ə suallar vermək, danışıqlar aparmaq Konstitusiya ilə qadağan edildiyi halda, məhkəmənin necə qərar verəcəyini söyləmək başqa ölkələrin səfirlərinin haqqı deyil, həddini bilməzlikdir. Öz işinizlə məşğul olun" ifadəsini işlədib. 

Vitse -prezident Fuat Oktay da məsələ ilə bağlı  "Türkiyədə məhkəmə sistemi müstəqildir və Türkiyə tam müstəqil bir ölkədir. Məhkəməyə müdaxilə etmək istəyənlər, bu arzularını, öz ölkələrində gerçəkləşdirə bilərlər" sözlərinin söyləyib. 

Türkiyə Daxili işlər naziri Süleyman Söylu da  Twitter hesabında ABŞ -ın Ankaradakı səfirliyinin yazısına istinad edərək "“Türkiyə Cümhuriyyəti demokratik bir hüquq dövlətidir. Səfirlərin davam edən məhkəmə işi ilə bağlı ədliyyəyə tövsiyələr və təkliflər verməsi qəbuledilməzdir. Məsləhət və təklifiniz qanun və demokratiya anlayışınıza kölgə salır"yazıb. 

Xatırladaq ki, "Türkiyənin Sorosu" olaraq xarakterizə edilən Osman Kavala 1448 gündür həbsdədir.

17 oktyabr 2017 -ci ildə Gaziantepdə saxlanılan Kavala noyabrın 1-də həbs edilib.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN