Rusiya və Ukrayna nümayəndələrinin İstanbuldakı bu günkü görüşü bəhrəsini verməkdədir...

Belə ki, Rusiya Kiyev və Çerniqov istiqamətində “döyüş əməliyyatlarını kəskin azaltmaq” qərarını elan etdikdən sonra ABŞ artıq Rusiya qoşunlarının çıxarılmasını müşahidə etməkdədir. Tezadlar.az xatırladır ki, bu barədə "Azadlıq radiosu" ABŞ-ın iki yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. "Rusiya qoşunları hazırda Ukraynanın şimalındakı bəzi bölgələrdə geri çəkilir, ola bilsin ki, qüvvələrini cənub və şərqdə cəmləmək üçün. ABŞ belə bir geri çəkilmənin Kiyevə hava bombardmanları və artilleriya hücumları ilə müşayiət oluna biləcəyini istisna etmir. Rusiya hər zaman geri çəkilməyi başqa bir hücumla əvəz edə bilər, əlbəttə ki, buna gücü çatarsa”.

Məlumatda o da bildirilir ki, ABŞ-ın fikrincə, bunlar yenidən qruplaşmaq üçün qısamüddətli manevrlər deyil, uzunmüddətli addımdır, çünki Rusiya üçün Ukrayna ərazilərinə şimaldan hücum uğursuzluqla nəticələnib. 

Ukrayna mediası isə yazır ki, Ukrayna bu günkü görüşün Putinin tələb etdiyi kimi Belorusda deyil, Türkiyədə keçirilməsinə nail olması ilə böyük bir qələbə qazanmasını ortaya qoydu.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN