“Əgər buna görə sərt və birmənalı cəzalandırmasaq...  Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?. Sadə sualdır: O bizə lazım deyil! O müdafiəsizdi, əgər bu insanlar söz başa düşmürsə, demək ki, onlar əməli başa düşməli olacaqlar... Bunu eləməsək, bizdən geriyə heçnə qalmayacaq! Başa düşürsüz?”

Bunu Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyaqin dünən Rusiyanın “Rossiya1” və “Pervıy”  kanallarında yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousundakı çıxışı zamanı söyləyib.

Qeyd edək ki, Azərbaycana qarşı təhdid, aşağılayıcı eyhamlar və ultimatum dolu çıxışında deputat Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib. Rusiyanın dövlət kanalında Azərbaycanın ərazi bütövlüyünə və dövlətimizə qarşı  təxribata yol verilib.

Hətta verilişin aparıcısı da ondan geri qalmayaraq, Azərbaycandan "hesab sormaq" mesajı verib.

 Qeyd edək ki, KİV-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaqinin açıqlaması ilə bağlı narazılığını bildirib və onu emosiyalarını cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırıb.

Vaxt vardı Vladimir Jirinovski də bu cür bəyanatlar verirdi. Hətta "yeni il gecəsi Ukraynanı bombalamaq lazımdır" mesajını da efirdən söyləmişdi... O zaman da çoxları onun sözlərini ciddiyə almamışdı...

Jirinovski hazırda xəstəxanada müalicə olunur. Deyilənlərə görə, vəziyyəti ağır olsa da, yaşamaq uğrunda mübarizə aparır...

Görəsən, kimin ağlına gəlib ki, bu tezliklə (adam sağ ikən) Jirinovskini əvəz edəcək birinə ehtiyac var?..

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA