Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü mümkün etmək üçün  on şərt irəli sürüb.

Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Belə ki, hər iki ölkədən PKK, FETÖ, DHKP/C, DEAŞ və onların qolu olan törəmə terror təşkilatları ilə mübarizədə Ankaraya dəstək vermələri istənilib.  İsveç və Finlandiyanın terrorla mübarizə üçün lazımi hüquqi tənzimləmə və hüquqi infrastruktur yaratması lazım olduğu bildirilib, həmçinin öz ölkələrində PKK-nın nümayəndəliklərinin bağlanması və açılması cəhdlərinin qarşısı alınmalı olduğu vurğulanıb.

Qeyd edilib ki,  FETÖ-nün  həyata keçirdiyi fəaliyyətlərə imkan verməməli, müvafiq internet saytı və media qurumlarını bağlamalıdır.

Türkiyə onların aktivlərinin dondurulmasını və terrorla əlaqəli birliklərin bağlanmasını tələb edir, terrorla əlaqəsi olan şəxslərin deportasiya və ekstradisiya edilməli olduğu vurğulanır.  Bundan başqa, PKK və DHKP-C kimi terror təşkilatlarının tör -töküntülərinin nümayiş keçirməsi qadağan edilməlidir.

Qəzet yazdığına görə, hər iki ölkədən (İsveç və Finlandiya) Türkiyə ilə kəşfiyyat məlumatlarını bölüşməsi istənilir.

Alyansa qoşulmaq istəyən İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa dəvət olunur.

Həmçinin qeyd edilir ki, İsveç və Finlandiya NATO-ya üzv olarsa, bu öhdəlikləri yerinə yetirməlidirlər.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətləri mayın 18-də NATO-nun baş katibinə təqdim edilib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elə ilk gündən hər iki ölkənin NATO üzvlüyünə müsbət baxmadıqlarını,  qeyd edilən ölkələrin terror təşkilatlarından uzaq durmadan NATO-ya üzv olmasını istəmədiklərini açıq şəkildə bəyan edib.

Ölkələr Ankaranın qeyd olunan tələblərinə əməl etsələr, veto aradan qaldırıla bilər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN