Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün Türkiyədə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində paylaşım edilib.

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, xüsusilə, hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN