Akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin deputat etdiyi şəxslərin ən azı 70-80 faizinə bu dəfəki seçkilərdə əlvida deyiləcək...

Bu sırada Ramiz Mehdiyevin buyruqlarına əməl edənlər, onun kitablarına mirzəlik edərək təbliğat tribunası olanlar... var. Sayları çoxdur. Birinci yerdə 5 çağırışdır Ağdamdan deputat olan, amma seçicilərinin sifətini tanımayan Bəxtiyar Sadıqov da var. Bu dəfə artıq onun Ramiz Mehdiyevə bağlı limiti bitdi! "Təzadlar"a daxil olan dəqiq məlumata görə, 1 sentyabr seçkisi Bəxtiyar Sadıqov üçün deputatlığın sonudur. 

Onu da deyək ki, Azərbaycanın parlament tarixində ilkdir ki, B.Sadıqovun deputatlığı Konstitusiya Məhkəməsində rədd edilib və o təkrar seçkiyə qatılıb. Lakin yenə də Ramiz Mehdiyev onu deputat edib... 

***

YAP-dan da bəzi deputatlar da deputatlığa əlvida deməli olacaq. Məsələn, VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək. Buna səbəb kimi onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi göstərilir. 

Qeyd edək ki, S.Novruzov II, III, IV, V və VI çağırış deputatı olub. O, parlamentin Regional məsələlər komitəsinin sədri idi. S.Hüseynova isə IV, V və VI çağırış deputatı olub. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvü idi.

Azərbaycan ictimaiyyəti isə növbəti seçkilərdən parlament təzəliyi gözləyir. 

Elçin Məmmədli

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN