Azərbaycan Yazıçılar Birliyində maraqlı hadisələr yaşanmaqdadır... Yazıçı-şair Şərif Ağ birliyin bir qalmaqallı hadisəsindən yazır: "...AYB-də iclas gedir. Tənqidçi Əsəd Cahangir rəhbərliyə xoş gəlmək üçün ayağa qalxıb alovlu çıxışa başlayır:
– Biz bir ailəyik burda, hər şeyə qənaət etməli, birliyimizi göz bəbəyimiz kimi qorumalıyıq. Bax, məsələn, mən hər dəfə çöldən tualetin işığını yanılı görəndə, söndürürəm, deyirəm, artıq işıqpulu yazmasın…
Hamı dönüb maraqla Əsəd Cahangirə baxır.
Anar müəllim qəlyanını ağzından çıxarır:
– Demək, o adam sənsən???
Gözləmədiyi münasibətdən çaşan Əsəd Cahangir kəkələyir:
– Nnnecə bbbəyəm? Pppis iş gggörmüşəm?
Anar müəllim:
– Biz qocalar da bir aydır tualetə girəndə işığı söndürüb qaçan o yaramazı axtarırıq! O günü də özüm qalmışam içəridə, qapının tutacağını əlhavasına birtəhər axtarıb tapmışam...".
Gülək, yoxsa ağlayaq?!
SƏBUHİ
Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN