booked.net booked.net  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb...

Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Füzuli haqqında söylədiyi sitatlarla başlayır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı verilir. Videoçarxda Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyatında divan janrının ən məhşur simasi Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilir. Dahi mütəffəkirin əsərlərinin siyahısı, onun xatirəsinin əbədiləşdirməsi haqqında məlumatlar izləyicilərə təqdim olunur. Qeyd olunur ki, Füzulinin bir çox qəzəllərinə müsiqilər, romanslar bəstələnmiş, dahi bəstəkar Ü.Hacıbəylinin Füzuliyə olan sonsuz məhəbbəti sayəsində böyük şairin “Leyli və Məcnun” poeması əsasında ilk Azərbaycan operasını yazmışdır. Videoçarxda qeyd olunur ki, ölkəmizdə şairin irsinə böyük diqqət və qayğı göstərilir. Füzulinin 500 illik yubileyinin YUNESKO-da qeyd olunduğu da vurğulanır. İnformasiya-resurs şöbəsinin operatoru Günay Qululunun hazırladığı videoçarx xalq artisti Şövkət Ələkbərovanın ifasında bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” ilə müşaiyət olunur.

  Videoçarx aşağıdakı keçiddə verilib: https://www.youtube.com/watch?v=3a9VqEn01PA

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN