Almaniyada futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçından öncə hər iki ölkənin azarkeşləri stadionda dava salıblar.

CNN- Türkiyə xəbər verir ki, Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri əyləşib. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə müxtəlif əşyalar atıblar. Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
 Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab (1-1) bərabərləşib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN