"SOCAR Georgia Petroleum" Gürcüstan millisinin bu gün İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə "SOCAR Georgia Petroleum" şirkətinin sosial media hesabında məlumat paylaşılıb. Sözügedən açıqlamada deyilir: "Portuqaliyaya vurduğumuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik: Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq".
Qeyd edək ki, Gürcüstan - İspaniya yığmaları bu gün 30 iyun saat 23:00-da qarşılaşacaqlar.