Vladimir Zelenskinin Polşaya səfəri zamanı Kiyev və Varşava təhlükəsizlik sazişi imzalayacaq.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti”-nin öz mənbəsinə istinadən verdiyi məlumata görə, bu, gələn həftə baş verəcək.

Qeyd olunur ki, tərəflər iyulun 9-na planlaşdırılan NATO sammiti başlamazdan əvvəl sənədi təsdiqləməkdə maraqlıdırlar. Beləliklə, Polşa hakimiyyəti alyansa Ukraynaya dəstəyin artırılmasının zəruriliyini bildirmək niyyətindədir.

Əvvəllər məlum olduğu kimi, NATO-ya üzv ölkələrin qarşıdan gələn iclası zamanı Kiyevə silahlı yardımın koordinasiyasına, eləcə də Ukrayna Silahlı Qüvvələrinin təliminə cavabdeh missiyanın yaradılması elan ediləcək. Tədbirin gündəliyində Ukraynanın Şimali Atlantika blokuna qoşulmağa dəvət edilməsi nəzərdə tutulmur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN