Norveç Aİ-nin 14-cü anti-Rusiya sanksiyalar paketinə qoşulub.

Tezadlar.az xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Norveç Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıb. Sanksiyaların Norveç qanunvericiliyinə daxil edilməsi istiqamətində işlərə başlanılıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya Federasiyası Mərkəzi Bankının Norveçdə aktivləri yoxdur, lakin Rusiya fondlarından Kiyevə gəlir göndərmək üçün “hüquqi əsas” lazımdır.

Avropa İttifaqı bu həftə 14-cü anti-Rusiya sanksiyalar paketini təsdiqləyib. Buraya Rusiya qazının tranzitinə məhdudiyyətlər, bir sıra Rusiya KİV-lərinin Aİ ərazisində yayımının qadağan edilməsi və 116 rusiyalıya qarşı məhdudlaşdırıcı tədbirlər daxildir.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Aİ-nin Rusiya iqtisadiyyatını sarsıtmaq niyyətləri daim iflasa uğrayır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN