booked.net booked.net  

"Təzadlar"ın rəhbərliyi Medianın İnkişafı Agentliyi Müşahidə Şurasının sədri, AzərTAC İdarə Heyətinin sədr müavini, Dağbəyi İsmayılova müraciət edib...

Bu barədə "Təzadlar"a açıqlama verən qəzetin vı eyni adlı saytın təsisçisi və baş redaktoru Asif Mərzili bunları söylədi: "Artıq üçüncü dəfədir ki, yazarları məcburi köçkünlər olan tezadlar.az saytı Medianın İnkişafı Agentliyinin dövlət yardımı layihəsindən kənarda saxlanılır. Bu problemə rəsmi aydınlıq gətirilməsi və problemin özəyini bilməyimiz üçün Agentliyin icraçı direktoru Əhməd İsmayılova şəxsən görüşmək üçün 10 əməkdaşımızın imzası ilə kollektiv müraciət təqdim olunub. Həmçinin Agentliyin Müşahidə Şurasının sədri hörmətli Dağbəyi İsmayılovla şəxsən danışdım, xahiş etdim ki, səlahiyyəti çərçivəsində bu məsələdə bizə dəstək olsun, peoblemin hardan və nədən qaynaqlandığını bilək... Sağ olsun, Dağbəyi müəllim peşəkar jurnalist və rəhbər şəxsdir, söz verdi ki, məsələni araşdırıb problemin aradan qaldırılmasına kömək edəcək...".

Xatırladırıq ki, Agentliyin Müşahidə Şurasının sədri və üzvləri Prezident Sərəncamı ilə təyin edilir.

Müşahidə Şurasının sədri İsmayılov Dağbəyi Mirzəxan oğlu, Müşahidə Şurasının üzvləri isə Əliyev Vüqar Zifər oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mikayılova Sevil Əlirazı qızı və Şıxlinskiy Elçin İsmayıl oğludur.

Y.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN