Ukraynanın Çernovtsı vilayətində iki naməlum şəxs sərhədçilərə hücum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.

Məlumata görə, hücum edənlərin əllərində qılınc və qaz çiləyicisi olub. Sərhədçi ona məxsus “Makarov” markalı xidməti tapançadan istifadə edərək cavab verib. Hücum edənlərdən biri öldürülüb, digəri isə yaralanıb.

Bundan əvvəl Kiyevdə bir nəfər qumbara partladıb və 11 avtomobilə ziyan vurub. Onun mənzilinə baxış zamanı polis beş qumbara və 40-a yaxın müxtəlif çaplı patron götürüb.

Həmçinin, Ukraynanın “Strana” nəşri Dnepropetrovsk vilayətinin Kamenski şəhərində iyunun 26-da axşam saatlarında naməlum şəxslərin hərbi mikroavtobusu yandırdığını bildirib.

Bir neçə gün əvvəl üç hərbi maşının iştirakı ilə oxşar insidentlər Kiyev və Poltava vilayətində baş verib.

İyunun 24-də Lvovdakı ərazi çağırış məntəqəsinin (hərbi komissarlığın analoqu) əməkdaşlarının bir nəfəri zorla maşına sürüklədiyi, sonra isə ayaqlarının çıxmasına baxmayaraq, qapını bağlamağa çalışdığı bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN