booked.netbooked.net booked.net  

 

İstedadlı alim, fəlsəfə doktoru, tanınmış nasir Allahverdi Eminovun ötən il (2020) dekabr ayının son günlərində “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla, cəlbedici dizayn və zövqlə çapdan çıxmış və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, Prezident Mükafatçısı Rafiq Hacıyevin yaradıcılığına həsr olunumuş 380 səhifəlik monoqrafiyası belə adlanır:Söz rəssamı, poetik duyğular ovsunçusu”

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlıdır.

Nəşriyyatın kitabla bağlı verdiyi annotasiyada qeyd edilir ki, “İstedadlı yazıçı-publisist, jurnalist, hüqüqşünas, respublika və Beynəlxalq Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin oçerkləri, he­ka­yə­lə­ri, po­vest­lə­ri, ro­man­la­rı, ki­tab­la­rı oxu­cu­la­rın qəl­bin­də xü­su­si tə­ra­vət­lə səs­lə­nir. Onun bir-bi­rin­dən ma­raq­lı ədə­bi, pub­li­sist və kriminal əsər­lə­ri­ni oxu­yanda di­li­mi­zin ecaz­kar­lı­ğı önün­də baş əyir­sən.

Əsl jurnalistikaya və ədəbiyyata “sirli ehtiras”la-təmənnasız istəklə bağlanmış Rafiq Hacıyevin əsərlərində hər şey var: mu­si­qi, ritm, mün­tə­zəm ak­kord­lar, işıq, rəng, ətir, ye­ni­lik me­hi, tə­zə ha­va cə­rə­ya­nı. Ən xoş hisslərlə duyursan ki, mü­əl­lif söz gö­zəl­li­yi­nin vur­ğu­nu, aşi­qi­di. O, cin­gil­ti­li, qəlb sehrləyən, fü­sun­kar söz­lə­ri, tə­sir­li cüm­lə­lə­ri, əs­ra­rən­giz duy­ğu­la­rı nə­in­ki se­vir, on­la­ra ürək­dən mə­həb­bət bəs­lə­yir. O özü­nü hə­mi­şə bu söz­lə­rin çox ya­xın sir­da­şı, rə­fi­qi ki­mi hiss edir. Bu­na gö­rə də yazıçı-jurnalistin poe­tik sö­zü heç za­man onun fik­rin­dən, dü­şün­cə­sin­dən ay­rıl­mır, bu duy­ğu­lar, söz­lər və cüm­lə­lər bö­yük və gö­zəl məq­səd da­şı­yır. Söz rəs­sa­mı, cazibədar hisslər ov­sun­çu­su olan mü­əl­li­fin ya­zı­la­rın­da­kı bə­dii di­li­n, şi­fa­hi nit­qi­n mü­kəm­məl­li­yi, rit­mik löv­hə­lər, takt fü­sun­kar­lı­ğı oxu­cu­nu hey­ran edir və onlar Azər­bay­can söz­lə­rinin və ahən­gi­nin aşi­qi­ni eşq dolu hisslərlə al­qış­la­yır­lar.

Rafiq Hacıyevin əsərləri ötən əs­rin yet­miş ya­şın­dan son­ra­kı döv­rü­nün can­lı löv­hə­lə­ri­ni ye­ni­dən dirildir, ecaz­kar ob­raz­lar onun ya­ra­dı­cı­lı­ğın­da dü­rüst fakt­lar­la bir­lə­şir. Qəlbə munis olan söz­lər və fikirlər da­nı­şıq­sız bir-birinə ta­be olur. On­lar par­la­yır, al-əl­van işıq sa­çır. Gü­nəş şəfəqləri, ay nuru və ulduzların pa­rıl­tı­sı, də­niz dal­ğa­la­rı­nın şap­pıl­tı­sı və ba­har su­la­rı­nın sevgi pı­çıl­tı­sı. Bə­li, poe­zi­ya sehr­baz­lı­ğı pub­li­sis­ti­ka pa­fo­su ilə əl-ələ tu­tub ge­dir. Bu yol­da isə xeyirxah xislətli yazıçı-jur­na­lis­t - özündə Rafiq Hacıyev adlı gur işığın nurunu gəzdirən son dərəcə zəhmətsevən bir insan, söz xiridarı həssas ürəklə və bənzərsiz, özünəməxsus sə­nət­kar qələmi ilə si­lah­lanıb qətiyyətlə irəliləyir...”

Müəllif kitaba yazdığı “Ön söz yerinə” başlıqlı yazıda bildirir: “Rafiq Hacıyev, sən demə, çox mehriban bir müsahib imiş. O. söhbət zamanı həmişə ehtiyatla davranır, heç vaxt ifrat rəy söyləmir. Belə təqlidedilməz bir müsahiblə heç vaxt görüşməmişdim.

Gurultu qoparmış məqalələr və kitablar müəllifidir. Onun istintaqla və musiqi ifaçılığı ilə bağlı çox gözəl, bədii təsir qüvvəsi güclü olan sanballı iki kitabı çapdan çıxıb və o, bu kitablarla az müvəffəqiyyət qazanmayıb (Yeri gəlmişkən, həmin kitablardan biri - ustad tarzən, ürək çalğıçısı Əhsən Dadaşova həsr olunmuş “Əhsən sənə, Əhsən!..” portret romanı 2020-ci ilin dekabr ayında “Humay” Milli Mükafatına layiq görülüb! - R.Q.). Şöhrət adlı şıltaq gözəl qadın, ilk dəfə ona gülümsəyib. O, əlbəttə, başa düşür ki, bu qadın adamların başını gicəlləndirməyi bacarır və son dərəcə tələbkardır... Rafiq bəy həmin qadınla mehriban yola gedir, hələki...  

Özünü həmişə sadə tutur, insanlarla münasibətində zərrə qədər üstünlük hiss etdirmir. Səsi məlahətli və qılıqlıdır, hərəkətləri incədir. Üzügülər, təmkinli, təvazökar, mülayim, gənclər kimi temperamentli, nəzakətli və hazırcavab olan Rafiq bəy dərhal müsahibini valeh edir və onun qəlbinə girir - sözün tam mənasında həmsöhbət olması, danışığındakı şəhdi-şirə, kolorit, müdrik çalarlarla. Uca boyu, həmişə zövqlü, təmiz, səliqəli və sadə geyimi ilə o nəsə xüsusi bir sərbəstlik cazibəsi yaradır. Dostlar onun ətrafına toplaşaraq ehtiramla qulaq asırlar. Rafiq bəy yavaş-yavaş, tələsmədən danışır, heç vaxt səsini ucaltmır, nə qədər dəhşətli və ya gülməli hadisədən bəhs etsə də, effektə əl atmır, amma bu effektsizliyin özündə danışanın bir növ effekti duyulur.

Rafiq Hacıyevlə tanışlıqdan zənginləşirəm, onun ardıcıl musiqi aləmindən, sənət korifeylərimizdən bəhs edən silsilə məqalələrini oxuyub feyziyab oluram. Rafiqin nə qədər geniş və dərin musiqi duyumuna, incə-kövrək ürəyə, həssaslığa malikliyini duyuram, vallah, qürurlanıram. Ağayanalığı, gözütoxluğu, habelə sözə, vədə dəqiqliyi, səxavəti yaradıcılığını tamamlayır. Böyük ürəyə sahib olmayan şəxs yaxşı yazı qələmə ala bilməz - birmənalı fikrimdir...”..

“Söz rəssamı, poetik duyğular ovsunçusu” kitabı dörd fəsildən - “Ötən illərin işığı...”, “Kriminal aləmin dedektiv roman təsviri”, “Publisistikanın əxlaqi davranış gücü”, “Musiqinin qəlb duyum möcüzəsi” fəsillərindən və “Son söz yerinə” yazısından ibarətdir.   

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab hər kəsə yazıçı-publisist Rafiq Hacıyevin yaradıcılığını daha yaxından öyrənməkdə əsl bələdçilik edəcəkdir..

R.QƏNBƏRZADƏ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN