Gürcüstan prezidenti Salome Zurabişvili daxili işlər nazirinə müraciət edərək, dinc nümayişə müdaxilə edilməsini və zorakılığın dayandırlmasını tələb edib...

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, Zurabişvili həmçinin Xalq Müdafiəçisini də xüsusi təyinatlıların əsassız və yersiz hərəkətlərinə dərhal cavab verməyə çağırıb. Prezident müraciətində deyib: "Daxili işlər nazirinə müraciət edirəm ki,  dinc nümayişin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə, əliaçıq gələn gənclərə qarşı zorakılığa dərhal son qoysun.  Xalq müdafiəçisinə müraciət edirəm ki, hər hansı əsası olmadan aksiyanın dayandırılması üçün dərhal reaksiya versin. Xüsusi təyinatlıların yersiz hərəkətləri aydın görünür, nümayiş dinc idi, təhdid deyildi, asayiş üçün heç bir təhlükə yox idi. Sizlərə ayıb olsun!".

Ölkədə isə siyasi qalmaqal və narazılıqlar davam edir. Etiraz mitinq və yürüşü də bu qəbildəndir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN