Çinin cənubundakı Quanqdonq əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Hadisə çərşənbə günü gecə Meizhou şəhərində meydana gəlib, 18 nəqliyyat vasitəsi yoldan çıxaraq böyük bir çuxura düşüb. Çin mediası tərəfindən yayımlanan görüntülərdə çevrilmə nəticəsində bəzi avtomobillərin alovlandığı görünür. Yolun dağılmış hissəsinin uzunluğu təqribən 18 m, sahəsi isə 184 kvadratmetrə yaxındır.

Yerli hakimiyyət orqanları bildiriblər ki, magistralın çökməsinə ötən həftə Quanqdonq əyalətində yağan güclü yağış səbəb ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN