Rusiya meyillilərin məlum qətnaməni parlamentin müzakirəsinə çıxarması ölkədə ciddi narazılıq mühiti yaradıb...
Ötən gün isə Rustaveli prospektində mitinq iştirakçıları yolu bağlayıblar. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, etirazçılar yolu bağlamaq üçün stul, stol, zibil qutuları və dəmir baryerlərdən istifadə edirlər. Barrikadaların bir tərəfində xüsusi təyinatlılar və polislər, digər tərəfində isə aksiya iştirakçıları dayanıb. Nümayişçilər “Rusiya qanunlarına yox”, “Rusiyaya yox” şüarları səsləndiriblər.
Xatırladaq ki, məlum qanun layihəsinin parlamentin müzakirəsinə verilməsi ölkədə həm də prezidentlə baş nazir komandası arasına ciddi fikir ayrılığı salıb. Hətta tərəflər bir-birini ciddi ittiham etməkdədir...
A.Məmmədli