booked.net booked.net  

Cinsin dəyişdirilməsini qadağan edən qanun layihəsi uşaqlarda anomaliyaların müalicəsi istisna olmaqla, tibb mütəxəssislərinə cinsiyyətin dəyişdirilməsinə yönəlmiş tibbi müdaxilələri qadağan edir

“"Rusiya Federasiyasında vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında" qanuna "tibb işçilərinə insanın cinsiyyətini dəyişdirməyə yönəlmiş tibbi müdaxilələr etmək qadağandır" müddəsi dəəlavə olunur, o cümlədən insanın əsas və ya ikincil cinsi xüsusiyyətlərinin formalaşması”.

Uşaqlarda cinsi formalaşmanın anadangəlmə anomaliyalarının müalicəsi üçün müdaxilələrə "federal dövlət səhiyyə müəssisəsinin tibbi komissiyasının qərarı ilə" icazə verilir. Sənədə əsasən, bu cür qurumların siyahısı və qərarların verilməsi qaydası Rusiya Federasiyasının hökuməti tərəfindən təsdiqlənəcək (tass).

Bundan başqa, qanun layihəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına (VVAQ) tibb təşkilatları tərəfindən verilmiş cinsiyyətin dəyişdirilməsi haqqında arayışlar əsasında sənədlərə düzəliş və ya dəyişikliklərin edilməsinin qadağan edilməsi nəzərdə tutulur.

 Təşəbbüsü Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və bütün beş fraksiya liderləri himayə edib.

 Xatırladaq ki, aprel ayında Qanunvericilər Şurasının iclası zamanı Volodin deputatlara Rusiyada cinsiyyətin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı məsələlərin tənzimlənməsi üçün təcili təkliflər verməyi tapşırmışdı.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN