"Delta" koronavirus ştammına yoluxma ehtimalı adisi ilə müqayisədə daha çoxdur”

Bunu RİA Novosti-yə biologiya elmləri doktoru , Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib.

Onun sözlərinə görə, bir insan maska ​​taxmırsa, yoluxma riski minimum iki dəfə çoxdur.

"Vəziyyət elədir ki, koronavirusun əvvəlki versiyasında orta hesabla 3," delta "versiyasında isə təxminən 5 reproduktiv sayı var idi ... Bu da onun əvvəlki versiyadan əsas fərqidir" , -deyə Netesov söyləyib.

Alim koronavirusun ilk variantına da küçədə və ya bir kafedə yoluxa biləcəyini və bu səbəbdən qoruyucu vasitələrdən istifadə edilməsinin lazım olduğunu qeyd edib.

Netesov əlavə onu da bildirib ki, viruslar üçün reproduktiv say göstəricisi on illərdir məlumdur, lakin onu ölçmək asan məsələ deyil, bunun üçün statistika toplamaq lazımdır.

Xatırladaq ki, qonşu Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştammı aşkar edilib.  Delta ştammı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və baş ağrıları, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir. Və çox ağır fəsadlara səbəb olur.

Qeyd edək ki, tibb elmləri üzrə professor Ədalət Rüstəm bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada da bildirib ki, "Delta" ştammı qonşu ölkələrdə varsa, deməli bizdə də var: "Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan ştammı var". 

Odur ki, ehtiyatı əldən verməyək. 

Yasəmən Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN