booked.net booked.net  

Böyük Britaniya kralı III Çarlz kimyaterapiyaya görə, hissetmə və dad bilmə qabiliyyətini itirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

75 yaşlı monarx Hempşirdəki Ordu Aviasiya Muzeyini ziyarət edib və burada Britaniya ordusu veteranı Aaron Mapplebeklə söhbət edib. Mapplebeck keçən il testis xərçənginə görə kimyaterapiya gördüyünü, bundan sonra dad hissiyyatını itirdiyini söylədi. Kral eyni şeyin onun da başına gəldiyini etiraf edib.

Çarlz III Ordu Hərbi Hava Qüvvələrinin baş komandanı vəzifəsini rəsmi olaraq böyük oğlu Uilyama təhvil vermək üçün Hempşirə gəlib. Uels Şahzadəsi Britaniya Ordusunun hava-desant qanadına, o cümlədən qardaşı Şahzadə Harrinin keçmiş bölməsi olan 662-ci eskadraya komandanlıq edəcək. Harri 2020-ci ildə kral ailəsinin üzvü rolundan imtina edərək həyat yoldaşı Meqan Markl ilə ABŞ-ın Kaliforniya ştatına köçüb.

Əvvəllər III Karlda xərçəng diaqnozu qoyulduğu bildirilirdi. Bukingem Sarayı kralın xərçəng xəstəliyinin müalicəsinin təfərrüatlarını açıqlamır.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN