Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb - Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı  Elşad Hacıyev  sosial media hesabında məlumat verib.

Elşad Hacıyev qadın müştərinin taksi sürücüsünün etibarından sui -istifadə edərək, onun kartındakı pulları talamasını hansı yolla həyata keçirdiyini də açıqlayıb.

“Toyota” markalı avtomobildə sərnişin olan qadın sürücünün mobil telefonunu danışmaq adı ilə xahiş edir və nəticədə telefonda bank mobil tətbiqə daxil olaraq hesabda olan pulu talayıb. Hadisə Bakıda olub. Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları həmin qadını müəyyən ediblər", -deyə o, vurğulayıb.

***

Belə insanların bu sayaq hərəkətindən sonra kim, əsasən də taksi sürücüləri dara düşənə, ehtiyacı olana necə etibar edib, kömək əlini uzatsın, güvənsin?! Hər halda, telefonunuzu tanımadığınız şəxslərə heç bir halda etibar etməyin. Yoxsa, sonluq həmişə belə qurtarmaya bilər...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN