booked.netbooked.net booked.net  

Consumer Reports ekspertləri daxili yanma mühərrikli (DYM) avtomobillərin, elektrik nəqliyyat vasitələrinin və hibrid modellərin keyfiyyətini və etibarlılığını qiymətləndiriblər.

Bu barədə “Engadget” nəşri məlumat yayıb.

Belə ki, son 23 ildə istehsal edilən 330 minə yaxın avtomobil üzərində aparılan araşdırmada mütəxəssislər daxiliyanma mühərrikli ənənəvi avtomobilləri ən etibarlı avtomobil adlandırıblar.

Məlum olub ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərdən 79 faiz daha çox texniki xidmət problemi yaşayır. Öz növbəsində, hibridə qoşulanların təmiri benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə 146 faiz daha çətindir.

Siyahıdakı hər bir model öz reytinqini 100 ballıq şkala üzrə alıb.

Bu sonda aydın olub ki, ən etibarlı avtomobillər Asiya avtomobil istehsalçıları tərəfindən istehsal olunur – avtomobilin orta reytinqi 63 bal təşkil edib. Avropa şirkətlərinin avtomobilləri 46, Amerika avtomobilləri isə 39 bal toplayıb.

Ən problemli olanlar isə hibridə qoşulan adlandırılanlar (PHEV) idi. Məsələn, Chrysler Pacifica və Audi Q5 100 baldan cəmi 14 bal toplayıb.

Xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, son illər Azərbaycan vətəndaşlarının daha çox üstünlük verdiyi avtomobillər bunlardır:"VAZ", “Mercedes”, “Hyundai”,“Toyota”, “Opel”, “KIA”, "Chevrolet", “Nissan”, "BMW", “Volkswagen”.

Göründüyü kimi,  öndə Rusiya avtomobilləridir (görünür həm də qiymətinə görə), daha sonra Almaniya, Cənubi Koreya, Yaponiya...

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN