Çin “Özbəkistan-Qırğızıstan-Çin” dəmir yolunun tikintisi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanmasını başa çatdırıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov bildirib.

 Birgə bəyanatda qeyd olunub ki, tərəflər dəmir yolunun tikintisinin başlanmasına hazırlıq işlərinə köməklik göstərməyə hazırdırlar.

454 kilometrlik “Özbəkistan-Qırğızıstan-Çin” dəmir yolunun tikintisi üzrə texniki-iqtisadi əsaslandırmanın iyunun 1-dək (bundan əvvəl - iyulun 1-dək) ​​hazırlanması nəzərdə tutulsa da, işlər vaxtından əvvəl başa çatdırılıb.

 Özbəkistan Nəqliyyat Nazirliyi rəhbərinin sözlərinə görə, birinci “Çin-Mərkəzi Asiya” Sammitinin yekunlarına əsasən, layihənin həyata keçirilməsində gələcək addımlara dair Qırğızıstan və Çinlə yol xəritəsi imzalanıb.

 Layihə çərçivəsində Cəlal-Abad - Məkmal - Arpa - Toruqart - Kaşqar birləşmiş marşrutu üzrə avtomobil yolunun tikintisi planlaşdırılır. Qırğızıstan ərazisindən keçən tranzit marşrutunun Özbəkistana əlavə olaraq 5 milyon ton tranzit yük daşımağa imkan verəcəyi gözlənilir.

 Özbəkistanın Nəqliyyat Nazirliyi daha əvvəl bəyan etmişdi ki, layihənin həyata keçirilməsi Çindən Özbəkistan vasitəsilə Türkiyəyə və daha sonra Avropaya, həmçinin Fars körfəzi dövlətlərinə ticarət və daşımaların coğrafiyasını genişləndirəcək.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN