booked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.

Ötən gün Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna əsasən, Rusiya ilə Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadəyə dair əməkdaşlıq sazişi qüvvədən düşmüş hesab olunub.

Saziş 2003-cü il dekabrın 24-də Kerçdə imzalanmış və 22 aprel 2004-cü ildə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilmişdir.

O, gəmiçilik sahəsində Rusiya-Ukrayna birgə fəaliyyətinin, o cümlədən onun tənzimlənməsi və naviqasiya və coğrafi təminatı, balıqçılıq, dəniz ətraf mühitinin mühafizəsi, ekoloji təhlükəsizlik, həmçinin Azov dənizində və Kerç boğazında  axtarış-xilasetmə işlərinin aparılması qaydasını müəyyən edirdi.

***

Qeyd edək ki, denonsasiya - beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətinin birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi deməkdir. Denonsasiya beynəlxalq müqavilə öhdəliklərinin pozulmasının digər üsullarından bununla fərqlənir ki, denonsasiya hüququ imzalanmış müqavilənin özündə və ya ona əlavə olunan xüsusi razılaşmada nəzərdə tutulur.

Beləliklə, denonsasiya müqavilənin pozulması deyil, əksinə, onun dayandırmasının qanuni üsuludur. Denonsasiya əsasında müqavilə tərəflərinin razılaşması pozulur. Elə müqavilələr də vardır ki, denonsasiyalara icazə vermir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN