booked.net booked.net  

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, respublikanın gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur.

TEZADLAR.AZ xəbər verir ki, o, bu barədə Milli Assambleyanın iclasında bildirib.

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?”, - deyə baş nazir söyləyib.

O qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.

Paşinyan gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslan təsviri olunmasına da diqqət çəkib.

ermeni-gerbi

AzərTac

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN