«Təzadlar» Bakıda anadan olmuş, uzun illər Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş, bir müddətdir İsraildə yaşayan, ölkənin «Sputnik» qəzetinin baş redaktoru, yazıçı-jurnalist Mark Qorinin Azərbaycan haqqında yazdığı kitabının yəhudi dilindən cərcüməsini təqdim edir…
Müəllif bu kitabını Azərbaycanda yarım əsrdən çox sıx münasibətdə olduğu gənclik illərinin dostlarına və həmkarlarına – Asif və Azər Cahangirovlara, Adıl Minbaşıyevə, həmçinin, təəssüf ki, indi aramızda olmayan, “Sumqayıt” qəzetinin uzun illər redaktoru olmuş, özü də daxil olmaqla bir neçə jurnalist nəslini yetişdirmiş Mark Qriqoryeviç Voroşilovskiyə, həmçinin müəllifin özünə ən yaxın insan, heyrətamiz, inanılmaz istedada malik, ömrümün sonuna qədər daim ürəyimdə əbədi xatirəsi qalan Fərhad Ağamalıyevə həsr etmişdir.
İsrail Yazıçılar Birliyinin üzvü Aleksandr Yellin kitab haqqında yazır: “«Апшеронские страницы» – Теперь – и в переводе на азербайджанский язык. Повесть тель-авивского журналиста Марка Горина (главный редактор израильского русскоязычного телеканала AVIV) «У самого синего моря. Апшеронские страницы» была издана в 2023 году Международной ассоциацией Израиль-Азербайджан «Аз-Из». А несколько дней назад стало известно, что эта повесть в Баку переведена на азербайджанский язык и готовится к публикации в авторитетных изданиях республики, как в периодике, так и новой книгой. «Апшеронские страницы», действительно, рассказывают о ярком, насыщенном времени 1960-70-х годов ХХ века на Апшеронском полуострове Каспия, где автор в тот период работал в городской газете крупного промышленного центра республики. Происходящее с героем повести, посвященной друзьям тех лет, очень близко отражает впечатления, чувства, сомнения самого автора, попавшего в ранней молодости в совершенно новый для себя мир. Марк Горин родился в Баку и любит называть себя бакинцем. Хотя в пятилетнем возрасте, с семьей отца, офицера-фронтовика, переехал в Донецк, где окончил школу и исторический факультет университета, начал печататься в местной прессе. После университета сразу вернулся в Баку – антисемитизм, свирепствовавший в тех краях, не позволял молодому человеку, имевшему уже около 100 публикаций, рассчитывать на работу в газете. А в Азербайджане ничего подобного не было – хочешь работать, совершенствоваться – работай. Будни редакции, куда приходит герой повести, взаимоотношения людей того времени, их человеческие и производственные интересы, проблемы, конфликты, о многом говорящее поведение власть имущих… Весело и достоверно выписаны замечательная экзотическая кухня, и присутствующий там и тогда юмор. И все это на фоне очень дружелюбной, толерантной атмосферы, органично присущей потрясающе красивому во всех смыслах краю. Саша, главный герой повести (как и автор когда-то), с искренним интересом вглядывается в окружающие впечатления, ему очень нравится здесь. Но… Недостаток опыта, который сказывается на журналистской пылкости, любовь к женщине-иностранке, желание увидеть мир, раздвинуть границы узнаваемого, «большая пресса», которая всегда манит начинающих журналистов, уводят нашего героя к новым широтам. Москва, «заграница»… Ему еще многое предстоит увидеть и узнать. Как пишет в предисловии сам автор: «Немало повидал потом за минувшие полвека, но трепетное отношение к этому городу, той земле, годам, которые стали частью моей молодости, взросления как человека и журналиста, сохранил в памяти и в душе.
…Таких людей шум волн других морей непременно вновь и вновь приводит к незабываемому теплу мягкого апшеронского песка…»”
Abşeron səhifələri
«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Dünya Azərbaycanlıları Konqresinin və “Azİz”- İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəstəyi ilə çap edilmiş kitab tanınmış hüquqşünas, Baş ədliyyə müşaviri Adil Minbaşının tövsiyyəsi ilə yəhudi dilindən tərcümə edilərək onun tərəfindən redaktə olunmuşdur, 166 səhifədən ibarətdir.
İsrail, 2023 il.
Beləliklə:
«Mavi dənizin sahillərində»- Abşeron səhifələri
(“Qayıdış” romanından fəsillər)
…Bu yaxınlarda Yerusəlimdəki “Klik” nəşriyyatı Tel-Əvivin məşhur jurnalisti Mark Qorinin “Qayıdış” romanını nəşr edib… Müəllif Bakıda zabit ailəsində anadan olub, lakin uşaq ikən atasının yeni iş yerinə təyinatı ilə əlaqədar Donbasa köçüb. Donetsk Universitetinin tarix fakültəsini bitirdikdən sonra Mark Azərbaycana qayıdıb, jurnalist karyerası Sumqayıt şəhər qəzetində başlayıb. Azərbaycan mətbuatında müntəzəm dərc olunub. Fərhad Ağamalıyev və Mark Qorin “Mənim şəhərim Sumqayıtdır!” televiziya filminin ssenarisini birgə yazıblar. O, RDKİ-nu (Kinematoqrafiya İnstitutunun ssenari şöbəsi) bitirdikdən sonra Moskvada jurnalların birində işləyib.
Mark Qorin hazırda İsraildə yaşayır və işləyir, əvvəlki kimi jurnalistika ilə məşğuldur. O, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı müharibədə Azərbaycanın haqq səsinin müdafiəçilərindən olub. İstər baş redaktoru olduğu “Sputnik” qəzetində, istərsə də İsraildə dərc olunan rusdilli digər mətbuat orqanlarında və televiziya proqramlarında Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinin diqqətinə çatdırilmasına fədakarlıqla çalışıb. Eləcə də Yəhudilərlə Türk- Azərbaycan xalqlarının dostluq əlaqələri, bu xalqların tarixı kökləri, eləcə də Yəhudilərin təqiblərə məruz qaldıqları tarixi dövrlərdə türk və türkəsilli xalqların onları müdafiə və himayə etmələri faktlarını araşdırıb, tarixi yaddaşı təzələməklə bu xalqların dostluq və birliklərinin möhkəmləndirilməsinə öz töhfəsini verən tarixçi-jurnalistdir.
Kitab bütövlükdə bundan bəhs etməsə də, müəllif Azərbaycanda publisist kimi püxtələşdiyi illəri israrla nəzərdən keçirir, bu dövrə çoxlu səhifələr ayırır. Belə insanlar üçün başqa dənizlərin dalğalarının səsi sözsüz ki, onları yumşaq Abşeron qumunun unudulmaz hərarətinə gətirir…
MÜƏLLİFDƏN BİR NEÇƏ SÖZ
“Qayıdış” romanının baş qəhrəmanı – Zamandır. Planet üçün fundamental əhəmiyyət kəsb edən zaman. Mənə elə gəlir ki, o, dünyamızı dəyişib məcrasından çıxara bildi – Zaman, bacardığı kimi yox, mənim fikrimcə, dünyanı lazım olan məcraya çevirə bilmədi. Zaman yazıçının taleyində çox mühüm yer tutur və bununla da onun həyatının insani və peşəkar mənada formalaşmasına imkan verir.
* * *
…1963. “Xruşşov əsri” sona çatır, siyasi “donmalar” yenidən gündəmə gəlmək üzrədir, lakin çoxları bunu hələ də anlamır. Romanın baş qəhrəmanı, gənc moskvalı jurnalist Aleksandr Pimenov gözlənilmədən özünü “qaynar” və təhlükəli beynəlxalq arenada tapır – ABŞ-da Prezident Con Kennedinin ölümünə görə məsuliyyəti, məhkəməsi olmadan bir neçə il SSRİ-də yaşamış amerikalı Osvaldın üzərinə durdururlar. Onu həbs edib, yenidən buraxırlar… Axı, bu necə ola bilərdi?
Romanda “böyük siyasət” adi gənclərin taleyində qəribə şəkildə əks etdirilir və onlarda təhdidedici şəkildə əks olunur: Saşa və dostları bu Osvaldın hansı “yuvanın quşu” olduğunu anlamaq istəyirlər, lakin onların aktiv “maraqları” müəyyən xidmət orqanları tərəfindən bəyənilmir. Ona qarşı heç bir rəsmi şikayət olmasa da, o dövrün qaydalarına görə, Saşa nüfuzlu jurnalı tərk etmək məcburiyyətində qalır. Nə etməli? Nüfuzlu paytaxt məmuru, yaxın keçmişdə baş zabit rütbəsi olan cəbhəçi və siyasi komissar adını daşıyan atamin Bakıda məskunlaşan keçmiş həmkarları var ki, o, ömrünün sonunadək onlarla hərbi təmaslarda doğmalaşıb. Təbii ki, kömək edəcəklər.
Saşa Azərbaycana yollanır və burada o, respublika standartlarına uyğun iri, paytaxt yaxınlığında yerləşən, bir sənaye mərkəzi olan şəhərin qəzetinə tövsiyə olunur.
Təbii ki, söhbət Sumqayıtdan gedir: romanda şəhərin adı çəkilmir ki, konkretliklər müəllifin əl-qolunu bağlamasın və bədii əsərdə əks olunan insanlara canlı xüsusiyyətlər verməyə “qarışmasın”. Ancaq “istehsalat səhnələri”ni, küçələrin əlamətlərini o vaxtkı reallığa uyğunlaşdırmaq lazım deyildi. Və buna baxmayaraq, ümid edirəm ki, altmışıncı-yetmişinci illərin Sumqayıtını – təsvir olunan hadisələrdən bir qədər gec, sözün əsl mənasında yeddi il öncə gəldiyim gənclik şəhəri olan Sumqayıtı xatırlayan oxucular üçün də çox şey tanınacaq. Mən də öz qəhrəmanım kimi, o dövrün sərt və rəhmsiz küləkləri ilə gəlib çatdım… Və heç vaxt unuda bilməyəcəyim bu küçəni sevdim.
***
…Doğrudan da, ya doğulduğum yerdə faydalı olmuşam, ya da sonradan anladığım kimi, taleyimi zamanın əlamətləri ilə müqayisə edərkən anladım ki, bəxtim gətirib. Həmin illərdə Azərbaycana parlaq, çox nüfuzlu, tələbkar şəxsiyyət və ölkə başçısı Heydər Əliyev rəhbərlik edirdi. Respublikanın göz önündə olan yenilənən addımları, uğurları onun adı ilə bağlı idi. O illərin şən, tolerant, enerji dolu mühiti qonaqpərvərlik və alicənablıq ənənələri ilə birləşərək çox vaxt konkret adamların taleyini müəyyən edirdi – burada işləmək və təkmilləşmək istəyən insan dəstəyə arxalana bilərdi və uğur qazanmaq üçün hər cür imkana malik idi. Bu dövr məni böyütdü və yetkin, peşəkar jurnalist olmağıma kömək etdi.
Yarım əsrdə çox şey görmüşəm, amma bu şəhərə, bu torpağa, gəncliyimin bir parçası olmuş illərimə olan həssas münasibəti yaddaşımda və ruhumda əbədi olaraq saxlamışam.
O dövrün ab-havasını və ecazkar dünyasını, ona olan sevgimi canlandırıb bugünkü oxucuya çatdırmağa çalışdım. Bunu nə dərəcədə edə bildiyimi siz oxucuların mühakiməsinə həvalə edirəm.
Sizi əmin etmək istəyirəm ki, mətndə mövcud olan hər şey – konkret hadisə və bunların fonunda personajların tərcümeyi-halı, hərəkətləri və dialoqlar həm bədii ədəbiyyata, yazdıqlarım isə dövrün reallığına yaxınlaşdırmaq istəyimin bəhrəsidir. Müəllif olaraq süjetin konturunu və təfərrüatlarını sınayaraq, mümkün qədər reallığı qələmə almağa, həmin vaxtlarda gördüyünü və hiss etdiyini real şəkildə söyləməyə çalışmışam. Təbii ki, bu səhifələrdə canlandırılanların çoxu mənim tanıdığım və ya eşitdiyim mənə yaxın və o qədər də yaxın olmayan insanların xüsusiyyətlərini sezdirir. Ancaq bütün adlar, personajların görünüşü, onların portretləri təxəyyülün nəticəsidir, təsadüfi olaylar (və ya uyğunluq) gərək sizi çaşdırmasın.
***
…Xəzərin dalğalarını, Balaxanı mayını,
Xoşbəxtlik bilib, məzara apararam.
Sergey Yesenin
I FƏSİL
Saşa Azərbaycana gəlir
-Əyləş, – təxminən əlli yaşlarında, başı balaca, çox az miqdarda anlaşılmaz çalarlı saçlarla bəzədilmiş balaca bir adam gözünü qırpmadan, o vaxtlar nadir rast gəlinən çərçivəsiz eynəkdən sərrast və ağıllı gözlərlə Saşaya baxdı: – Mənə zəng vurmuşdular… Mərkəzi nəşriyyatda darıxdırıcıdır deyəsən? Həyata atılmaq istədiz? Təsadüfən, sizi böyük ədəbiyyat cəlb etmir ki?
– Yox hələ, elə bir şey yoxdur, – Saşa gənclik planlarını bölüşmək istəmədi, amma əks halda nə deyəcəyini belə bilmədi. Heç vaxt belə vəziyyətə düşməmişdi.
-Bəlkə sizə diplomumu, nəşrlərimi göstərim? – deyə, əlini çantaya uzatdı.
-Ehtiyac yoxdur, – deyə redaktor əlini yelləyərək hələ də gözlərini qırpmadan Saşaya baxırdı. – Sənin yaxşı cəhətlərinin çox olduğunu başa düşürəm. Roman yazmamağın yaxşıdır, çox vaxt aparır. Yox əgər həyatı görmək istəyirsənsə, bunu istədiyin qədər edərsən, bütün günün buna yetməz. Moskvada nə işlə məşğul idin?
– Əsasən, mədəniyyət məsələləri ilə…
– Mədəniyyət deyirsən demək, onu hamı sevir. Axı sən həyata varmaq istəyirdin? Bizim şəhərimiz sənaye şəhəridir. Kimya var, metallurgiya var… Deməli belə. Əgər işləmək istəyirsənsə istehsalat şöbəsinə müxbir gedəcəksən. Maaş 105 rubldur, ayda üç min işarə yazmalısan. Həftədə 3 dəfə buraxılışdır. Hər nömrədə yazın olmalıdır. Bir ay sınaq, sonra isə normal qaydada çap olunacaqsan. Katiblikdə və ya korrektor kimi işləmisən?
– Xeyr, təəssüf ki, işləməmişəm. Məgər sizdə məsul katib yoxdur?
– Niyə yoxdu? – deyə, redaktor təəccüblə soruşdu. Əlbəttə var. İşin gedişatından asılıdır, hər şey ola bilər. Yaxşı, sonra baxarıq vəziyyətə. Bu vacib deyil. Sən işə başla, qəzetin yığılmağını gözləmə, bir ay tez ötüb keçəcək. Sonra nə isə izah etməyəcəm, vaxt yoxdu. Üç ay dözsən – işləyəcəksən. Yox əgər dözməsən, gərək bağışlayasan, hərdəmxəyalları işdə saxlamırıq. Səni tapşıran adamlara xətir-hörmətim var. Onlar yaxşı adam olsalar da, mənim yerimə qəzet təhvil verməyəcəklər. Qalmağa yerin var? Aliment ödüyürsən?
– Hələ ki yox, – deyə Saşa gülümsədi. – Aliment ödəmirəm, qalmağa yerim yoxdu.
– Mən elə belə də bilirdim. Mən Alüminium zavodun yataqxanası ilə danışaram. Onlardan balış və örtük götürərsən. Bizim divan bir ay sənin ixtiyarında olacaq. Sonra baxarıq… Oldu, deyəsən çox danışdıq, mənimsə söhbət etməyə vaxtım yoxdu. Sənin də vaxtın olmayacaq. Gedək oturduğun yeri göstərim. Sən hələlik qəzetlərlə tanış ol, bu sənə faydalıdır – sənin şöbə müdirin Tofik gəlsə, səni işlə tanış edəcək. O səhər tezdən kimya kombinatına gedib, indilərdən gələcək…
Redaktor qəfil onun balaca biləyinə sığmayan böyük saatına baxdı. – Vaxt itirmə! Mənə qalsa, qoy Tofiq səni Marten sexinə göndərsin, təzə gələnlər burdan başlayır. İndi orda əsaslı təmir gedir, birinci səhifə üçün reportaj hazırlayarsan. Bacararsan? Sən nə vaxtsa tərif yazmısan? Gözəllik! Özüm gedərdim, iş-güc imkan vermir. Nə vaxtsa nəyisə araşdırmısan?
– Hansı araşdırma?
– Necə yəni, hansı?! Yüksək rütbəlilərin araşdırması! Şəhər komitəsinə aid olanlar. Hə, axı Moskvada belə şey olmur. Orda yəqin hər sahənin öz adamı var, – deyə redaktor köksünü ötürdü. – Bizdə isə hamı o işlərə cəlb edilir, başqa heç cür alınmır. Sən fotoaparatla şəkil çəkə bilirsən? Az da olsa? Hə, bu da şərtdir. Əgər işə başlasan, bunu da öyrənməlisən. Yaxşı, bunu da çatdırarıq. Getdik!
Saşa başını əlləri arasına alıb üstü cızıq-cızıq və bir gözlü köhnə, boş dəftərxana masasının arxasında oturmuşdu. Masanın üstündə yalnız qara rəngli telefon aparatı vardı. “Belə-belə işlər”, – deyə Saşa öz-özünə atasına oxşar tərzdə redaktorla baş tutan söhbət barədə hesabat verdi, – işgüzar görüşümüz alındı. Həm də mübaliğəsiz…
(Davamı var)
«Təzadlar»