“YÜKSƏLİŞ” BAKI SLAVYAN UNİVERSİTETİNDƏ…

“Yüksəliş” müsabiqəsinin qalibləri, ekspert və təlimçiləri tərəfindən Bakı Slavyan Universitetinin (BSU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.

“TƏZADLAR” YAZDI, YASAMALDAKI SAAT DÜZƏLDİLDİ

Tezadlar.az saytının ötən buraxılışlarında  Yasamal rayonunda, daha dəqiq desək, Dövlət Statistika Komitəsinin qarşısındakı (vaxtilə Mikayıl Müşfiqin büstü olan yer) tarixi-arxitektur binanın üstündəki saatın daim 16:00-ı göstərdiyini yazmışdıq…

BRYANSKDA UKRAYNAYA MƏXSUS PUA VURULUB

Hava hücumundan müdafiə sistemi Klintsıda (Bryansk vilayəti) Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni vurub. Bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib ki, yaşayış binasının eyvanı zədələnib.

TOKAYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də respublikada keçirilən prezident seçkilərinin birinci turunda liderliyi münasibətilə təbrik edib.

SOROS ÖLMƏYİB

Amerikalı milyarder Corc Soros ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

ÖZBƏKİSTAN BMT-YƏ YENƏ KÖNÜLLÜ YARDIM EDƏCƏK

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü şərəfinə Özbəkistan Respublikası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin  (OHCHR)  fonduna könüllü töhfə olaraq 100 min dollar köçürəcək.

HACI ƏKBƏR RÜSTƏMOV: “QAYIT, GƏL”

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb. Jurnalist-yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun redaktoru olduğu bu kitabda müəllifin səngər qeydləri yer alıb. N.İbrahimoğlunun “Ölümün ağuşunda doğulan düşüncələr” başlıqlı ön sözdə qeyd etdiyi kimi, “Qayıt, gəl” kitabı bir əlində silah, bir əlində qələm tutan Hacı Əkbər Rüstəmovun səngər qeydlərindən yaranıb.

GÜLLƏRƏ AŞİQ ULU ÖNDƏR

Respublikamızın ayrı-ayrı yerlərində, dünyanın bir sıra ölkələrində “HEYDƏR ƏLİYEV – 100” yubiley tədbirləri keçirilir. Onun uzaqgörən siyasətçi, bənzərsiz strateq, dərin ədəbiyyat və incəsənət bilicisi, erüdisiyalı şəxsiyyət olduğunu heç kim inkar etmir. Əksinə, Dünyanın Siyasi cameəsində o, hamı tərəfindən bəyənilir, sevilir və təsdiqlənir. Hətta düşmən düşərgəsində olanlar belə, Heydər Əliyev şəxsiyyəti qarşısında baş əyib, “papaq çıxarmalı” […]

ƏRDOĞANI PREZİDENT KİMİ GÖRMƏYƏ NƏ QALDI Kİ!- SEÇKİDƏ LİDERDİR…

Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb. “Report” xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb. Türkiyədə prezident və parlament seçkiləri […]

LUKAŞENKO BELARUSLARI TƏBRİK ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko həmvətənlərini Dövlət Bayrağı, Gerb və Himni Günü münasibətilə təbrik edib, bu rəmzlərin belarusları yeni nailiyyətlərə ruhlandırdığını qeyd edib.

GÜRCÜSTANIN MÜXALİF PARTİYALARI RUSİYA VƏ HÖKUMƏT ƏLEYHİNƏ BƏYANAT YAYDI

 Gürcüstanın altı müxalif partiyası – “Vahid Milli Hərəkat”, “Avropalı Gürcüstan”, “Strategiya Ağmaşenebeli”, “Droa”, “Qirçi – daha çox azadlıq” və “Lelo” Rusiyanın Gürcüstn vətəndaşları üçün vizanı götürməsi və uçuşların bərpası barədə qərarı, həmçinin məsələyə hakim “Gürcü Arzusu”nun möveqyi ilə bağlı birgə bəyanat yayıblar.

ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİNDƏ NƏ BAŞ VERİR?

Şəki şəhəri, C.Hüseynov küçəsi, ev 35 ünvanında yaşayan Şəfəq Xəlilova tərəfindən «Təzadlar»a daxil olan şikayət diqqəti çəkəndir. Söhbət yenə də məhkəmə hakimlərinin qərar çıxararkən kənar təsirlərə deyil, «Məhkəmə və hakimlər» haqqında milli Qanunumuzda göstərildiyi kimi, öz daxili inamına güvənməsi məsələsindən gedir. Amma şikayətdən məlum olur ki, bu dəfə şəki Apellyasiya Məhkəməsində iş tərsinə olub. Necə? […]

MÜASİR GƏNCLİK – DÖVLƏT QURUCULUĞUNDA YENİ TƏFƏKKÜRLÜ VƏTƏNDAŞ

Tarixən gənclər hər bir xalqın və dövlətin inkişafında mühüm rol oynayan sosial təbəqə kimi ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində intibah proseslərinin hərəkətverici qüvvəsi qismində çıxış etmişdir. Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ötən on illiklərdə ictimai həyatın bütün sahələrində […]

HAVA DƏYİŞİR – FHN XƏBƏRDARLIQ EDİB

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 13-ü axşamdan başlayaraq mayın 15-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır.

“TƏZADLAR”- “YENİ MÜSAVAT” FUTBOL KOMANDALARI SABAH ÜZ-ÜZƏ

Xəbər verdiyimiz kimi, “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider  Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan  KİV  komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirinin sabah açılışı olacaq. 

UKRAYNA ƏKS-HÜCUMA KEÇDİ -RUSLAR QAÇMAQDA

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.

“PREZİDENTİN ŞUŞAYA SƏFƏRİ BİR DAHA ƏLAMƏTDAR GÜNLƏRİ XALQLA BİRGƏ KEÇİRMƏK ƏNƏNƏSİNİN DAVAMI OLDU”

“Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən Qarabağa və Şərqi Zəngəzura başlayan davamlı səfərləri mühüm məqamlarla tarixə yazıldı. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaratdı. Qarabağın tac Şuşada aparılan  bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham […]

ZAKİR HƏSƏNOV TÜRKİYƏYƏ YOLA DÜŞÜB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

ŞƏHİDİMİZ VAR- ERMƏNİ TƏXRİBATI

Ermənistan silahlı qüvvələri bölmələrinin Zod qızıl yatağı istiqamətindəki təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

GÜRCÜSTAN RUSİYAYA QARŞI SANKSİYALAR TƏTBİQ ETMƏYƏCƏK

Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil. Ölkə parlamentinin spikeri Şalva Papuaşvili bu qərarı dövlətin milli maraqları və Tbilisinin Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməmək istəyi ilə izah edib.

HEYDƏR ƏLİYEV İDEYALARININ ZƏFƏR YÜRÜŞÜ

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirilib.

QAZAXISTANDA ƏHALİNİN 1 MİLYONDAN ÇOXUNUN VERGİ BORCU VAR

20 milyon nəfərədək əhalisinin sayı olan Qazaxıstan Respublikasında 1 milyondan çox qazaxıstanlının  əmlak və nəqliyyat vergiləri üzrə ümumi məbləği 29,1 milyard tenge, o cümlədən nəqliyyat üzrə 27,9 milyard tenge borcu yaranıb.

MEDİA FUTBOL KOMANDALARI BU TARİXLƏRDƏ YARIŞACAQ-CƏDVƏL

“SƏS” Media Qrupunun təşəbbüsü  ilə  Ümummilli lider  Heydər Əliyevin 100 illik yubileyinə  və  Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan  KİV  komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirinin YARIŞ CƏDVƏLİNİ elan edib…

DAHİ SİYASƏTÇİ HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ TÖHFƏ

10 may 2023-cü ildə yazıçı-publisist Nazilə Rafiqin təsisçisi və baş redaktoru olduğu  “Respublika gəncləri” qəzeti və  “Gənclik  news” jurnalı ilə yanaşı, “Günahsız günahkar” və “Naxçıvandan doğan günəş” adlı kitabları işıq üzü görüb. Müəllifin dərc etdirdiyi  hər iki  kitabı, o cümlədən qəzet və jurnalı Müstəqil  Azərbaycan dövlətinin qurucusu, dahi  siyasətçi Heydər Əliyevin 100-cü ildönümünə həsr olunub. 

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİ İLƏ ÖLKƏNİN UZUNMÜDDƏTLİ TƏNƏZZÜL PROSESİ DAYANDIRILDI

Bu gün Milli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Milli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı.

MEDİA ÜÇÜN YENİ MÜSABİQƏ – 28 MAYADƏK VAXT VERİLDİ

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar olaraq ümummilli liderin irsinin təbliği məqsədilə media nümayəndələri üçün “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

BÜDCƏ DAXİLOLMALARI XEYLİ ARTIB

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 046 681,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

PUTİN QIRMIZI MEYDANDAKI QƏLƏBƏ PARADINDA

Rusiya prezidenti, Ali Baş Komandan Vladimir Putin bu gün Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə paradın başladığı Qırmızı Meydana gəlib.

HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN MƏTBUATI

Mayın 8-də Bakı  Slavyan Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin nəzdində  jurnalistika  kafedrasının  təşkilatçılığı  ilə Ümummilli Lider  Heydər Əliyevin  100 illik yubileyi  münasibətilə  “Heydər Əliyev və müasir  Azərbaycan  mətbuatı ” mövzusunda elmi seminar keçirildi.

RUSİYA LİDERİ HƏM TƏBRİK ETDİ, HƏM DƏ TƏŞƏKKÜR

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində (Bir zamanlar  Böyük Vətən Müharibəsi adlandırardıq) Qələbənin 78-ci ildönümü münasibətilə MDB dövlətlərinin başçılarına, o cümlədən Gürcüstan və Moldova xalqlarına təbrik teleqramları göndərib.