Azərbaycan Xarici İşlər Nazirliyi Fransa vətəndaşı Martin Ryanın özbaşına saxlanılması ilə bağlı bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını rədd edib.

Fransa Xarici İşlər Nazirliyi Frans-Press agentliyinə bildirib ki, Fransa vətəndaşı Azərbaycanda əsassız olaraq həbs edilib və onun dərhal azad olunmasınıtələb edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Parisin iddialarını "əsassız" adlandırıb, Parisi "reallığı təhrif etməkdə və Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə" ittiham edib. 4 dekabr 2023-cü ildə Ryan casusluqda şübhəli bilinərək saxlanılıb (Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi) və istintaq müddətində 4 ay müddətinə həbs edilib. Hacızadə qeyd edib ki, Azərbaycanın atdığı addımlar milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam uyğundur. Ryan həbs olunduğu gündən Fransa səfirliyinin konsulluq şöbəsi dəfələrlə onabaş çəkib və cinayət işinin detalları barədə məlumatlandırılıb. Azərbaycanın diplomatik səylərinə baxmayaraq, Fransa tərəfi istintaqda hər hansı izahat verməkdən və ya istintaqda əməkdaşlıq etməkdən imtina edib. Buna görə də Fransa səfirliyinin bu işlə əlaqəli olduğu ehtimal edilən iki əməkdaşı 2023-cü ilin dekabrında arzuolunmaz şəxslər elan ediliblər. “Biz bir daha təkidlə Fransa tərəfini Azərbaycanın daxili işlərinə və təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa çağırırıq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin  şərhində deyilir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN